27 Aprel 2024, Şənbə
İnfantino "Qarabağ"ı təbrik edib
Hidayətdən 4-cü Avropa çempionluğu
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub

Ölkə futbolu

Elvin Bədəlov: “Sona qədər hansı komanda təzyiqə dözəcəksə, o da avrokuboklara yollanacaq”

“Çətin oyun oldu. Son vaxtlar “Sabah” da yaxşı çıxış edir. Buna görə də matçın çətin keçəcəyini gözləyirdik”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Sumqayıt”ın müdafiəçisi Elvin Bədəlov Azərbaycan Premyer Liqasının XXVII turunda “Sabah”a 1:2 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

29 yaşlı futbolçu qapılarında gözlənilməz qollar gördüklərini bildirib: “İlk hissədə o qədər də yaxşı deyildik. Təəssüf ki, gözləmədiyimiz qol buraxdıq. İkinci hissədə toparlandıq. Xeyli qol epizodları yaratdıq. Yenə də qapımızda lazımsız qol gördük. Bunu bəxtsizliklə əlaqələndirərdim. Ümumi götürdükdə, heç də pis oyun keçirmədik. Amma yekunda uduzduq. Düşünürəm ki, bizim günümüz deyildi”.

O, “Sumqayıt”ın yaratdığı epizodlarından yalnız birini qola çevirməsini belə əsaslandırıb: “Sabah” tamamilə müdafiə olunurdu. İkinci hissədə konkret arxaya çəkilmişdilər. Belədə boş mövqe tapmaq çətin idi. Düşünürəm ki, hücumda kreativlik çatışmadı, son nöqtəni qoya bilmədik”.

“Sumqayıt”ın kapitanı qeyd edib ki, millinin oyunları ilə bağlı çempionatda yaranacaq fasilə xeyirlərinə işləyəcək: “Oyunumuzdakı çatışmazlıqları fasilədə aradan qaldırmalıyıq. Məncə, fasilə xeyrimizə olacaq. Son vaxtlar sanki ritmdən çıxmışıq. Nəticələr ürəkaçan deyil”.

E.Bədəlov çempionatın son dövrəsinin çox gərgin keçəcəyini söyləyib: “Keçən mövsümə baxanda indi çempionat daha çətindir, daha maraqlıdır. Komandalar turnir cədvəlində bir-birinə yaxındır. Ötən mövsümlə müqayisədə demək olar ki, hamı güclənib. “Qarabağ”ı çıxmaq şərti ilə qalan kollektivlər təxminən eyni gücdədirlər. Ona görə avrokuboklar uğrunda mübarizə son tura kimi gedəcək. Son dövrədə hansı komanda daha stabil olacaqsa, sona kimi təzyiqə dözəcəksə, o da istəyinə çatacaq və avrokuboklara vəsiqə əldə edəcək”.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30