1 May 2024, Çərşənbə
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

İsayev "Qarabağ"a keçidindən danışdı

“Qarabağ”ın yeni transferi Aleksey İsayev klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az saytının məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi keçidi, hədəfləri və yeni komandası barədə fikirlərini bildirib.

- Yeni - 2024-cü ilin ilk günləri sizin transferinizlə əlamətdar oldu. “Sabah”dan “Qarabağ”a keçidi necə dəyərləndirirsiniz?

- “Qarabağ”a keçid mənim üçün irəli atılan addımdır. Buna görə xoşbəxtəm. Düşünürəm ki, “Qarabağ”a keçən hər bir futbolçu irəli addım atır.

- Əvvəl rəqib olduğunuz, indi heyətində yer aldığınız yeni komandanız barədə fikirləriniz necədir?

- “Qarabağ” Azərbaycanın ən yaxşı komandasıdır. Həmişə öz oyun üslubunu nümayiş etdirir. Komanda baxımlı oyun və hücum futbolu göstərir.

- 10 qat ölkə çempionu, ardıcıl 10 il avrokubokların qrupunda oynayan bir komandaya keçdiniz. Azərbaycan futbolunun liderinin futbolçusu olmaq necə hissdir?

- Xoşbəxtlik hissləri keçirirəm. Ola bilər ki, bu hisslərimi sözlə ifadə edə bilmirəm, amma daxilimdə həqiqətən də xoşbəxtəm. Komandamızın maksimal nəticələr göstərməsi üçün meydanda hər şeyi edəcəyəm.

- Artıq “Qarabağ”da məşqlərə başlamısınız. Sizin üçün yeni komanda, yeni kollektivdəsiniz. Təəssüratlarınız necədir?

- Məşqdən öncə baş məşqçimiz Qurban Qurbanov komanda qarşısında mənə xoş sözlərlə uğurlar arzuladı. Belə isti qarşılanma üçün ona minnətdaram. Azərbaycan futbolunu hər dəfə daha bir pillə irəli aparan mütəxəssis barədə yalnız ən yaxşı sözləri demək olar. Məşq barədə sadəcə müsbət təəssüratlarım var. Futbolçuların hamısı yüksək insani keyfiyyətlərə malik böyük peşəkarlardır. Onların əksəriyyətini şəxsən tanıyıram. Məni əla qarşıladılar, çox xoş oldu. Digərləri ilə daha yaxın tanışlıq üçün vaxtımız olacaq.

- “Qarabağ” daim ən yüksək hədəflər uğrunda mübarizə aparır. Bəs sizin komandadakı hədəfləriniz nədir?

- Mənim də hədəflərim klubumuzla eynidir. Ən yüksək hədəflər uğrunda mübarizə aparmaq istəyirəm. Özümdə olan, amma görünməyən potensialımı addım-addım inkişaf etdirməliyəm. Mən də buna mütləq nail olacağam.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31