1 May 2024, Çərşənbə
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Albanlar Cicanı “Qarabağ”dan “göndərir”

"Qarabağ"ın hücumçusu Redon Cica tezliklə Albaniyaya qayıda bilər.

Futbolxeber.az-ın məlumatına görə, bu iddia ilə Albaniyanın a2news.com saytı çıxış edib. Sabiq klubu "Tirana"nın Cicanın xidmətində maraqlı olduğu bildirilib.

Qeyd edilir ki, "Qarabağ"ın əsas heyətində yerini itirən 25 yaşlı futbolçunun klubu tərk etmək ehtimalı az deyil.

Məlumata görə, hazırda alban klubu qış transferinda alacağı futbolçularla bağlı təhlil aparır. Amma hələlik Redon Cicanın "Tirana"nın ilkin planına daxil olduğu, bununla bağlı rəsmi təklif irəli sürülmədiyi də bildirilib.

Xatırladaq ki, Cica 2021-ci ilin iyulundan 2023-cü ilin yanvarına qədər "Tirana"da çıxış edib. Bu ilin əvvəlində isə o, "Qarabağ"a transfer olunub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31