4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

"Qəbələ"nin 200-cü qələbəsi

“Qəbələ” Premyer Liqada 200-cü qələbəsini qazanıb.

Futbolxeber.az-ın klubun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, bu, Azərbaycan Premyer Liqasının 18-ci turuna təsadüf edib.

“Qırmızı-qaralar” Qəbələ şəhər stadionunda “Sabah”la görüşüb. Elmar Baxşıyevin yetirmələri bu matçda 1:0 hesablı qələbə əldə edib.

Bu, 2006/07 mövsümündən Premyer Liqada çıxış edən “Qəbələ”nin üç xal qazandığı 200-cü oyun kimi tarixə düşüb. Komanda buna 522-ci oyunda nail olub.

“Qəbələ” evdə 113, səfərdə 87 dəfə qalib gəlib. “Qəbələ” ölkə çempionatları tarixində 200 və daha çox qələbə qazanan 7-ci komanda olub.

Qeyd edək ki, “Qəbələ” Premyer Liqada ilk qələbəsini 2006-cı il avqustun 26-da Qusar “Şahdağ”ı ilə səfər görüşündə qazanıb - 1:0.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31