4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

“Dirəyin aşması, yağışın yağması Ehtiram Quliyevin günahı deyil”

"Maraqlı oyun oldu. Təki bir də belə hadisələr olmasın. Futbol adına hər şey var idi. Matçdan çox danışmaq istəmirəm. Rəqibi təbrik edirəm".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 18-ci turunda "Turan Tovuz"a uduzduqları (1:3) oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Dünəndən bu günə kimi xeyli vaxt keçib. Nələr planlaşdırmışdınız?

- Belə hallarda oynamaq çətindir. Çünki dünən futbolçuların gücü 80 dəqiqədə bitdi. Onları kökləmək çox çətindir. Fiziki cəhətdən mümkün deyil.

- Dünən güclü külək başlayandan sonra oyunun dayandırılması üçün hakimə müraciət etdiniz?

- Xeyr. Fövqəladə halları özləri bilirlər. Amma bu tək hakimlərdən asılı deyil. AFFA nümayəndəsi var. Əslində dayandırmalı idilər. 60-cı dəqiqədən sonra güclü külüək oldu. Dünən hadisə daha tez baş versəydi, orada isinən futbolçular olsaydı...

- Dünənki hadisədən sonra Ehtiram Quliyevə qarşı kampaniya başlayıb. Dirəyin aşması hadisəsini siz necə şərh edirsiniz?

- Ehtiram müəllim Tovuz üçün bir brilyantdır. Dirəyin aşması, yağışın yağması Ehtiram Quliyevin günahı deyil. Hər şeyi öz adı ilə çağırmaq lazımdır. Nöqsan Ehtiram müəllimdə deyil. Bu gün o kişinin etdiyini Azərbaycan futbolunda son 10 ildə heç kim etməyib. Təşəkkür etmək lazımdır. Adam öz pulunu futbola xərcləyir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31