4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

"Ötən mövsümkü "Sabah"ı unudun, artıq o, olmayacaq"

"Oyun üstünlüyü bizdə idi, amma şanslarımızdan yararlana bilmədik ki, heç olmasa bir xal qazanaq. Bir şeyi də qeyd etmək istəyirəm ki, əvvəllər biz öldürücü komandaya sahib idik. Yarım qol şanslarından belə istifadə edib qol vura bilirdik. İndi bu keyfiyyətlərimizi itirmişik. Oyunçularla yanaşı biz məşqçilər də daha çox çalışmalıyıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 18-ci turunda "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, komandanın yeniləndiyini vurğulayıb: "Əvvəlki qələbəyə olan aclığımız itib. Mənim məşqçi kimi vəzifəm o istəyi və arzunu qaytarmaqdır. Bunun üçün çalışacağıq".

Rusiyalı mütəxəssis "Sabah"ın penaltilərdə bəxti gətirməməsi haqda bunları söyləyib: "Psixoloji amildir. Özümüzü məhv etməklə məşğuluq. Öz qapımıza 3 qol vurmuşuq. Bu, olmamalıdır. Avtoqollar bizi 7 xaldan məhrum edib".

M.Musayev "Sabah"ın bu mövsüm qeyri-stabil çıxışının səbəbi haqda deyib: "Abdullaye Ba da önəmli oyunçu idi. Çox faktor var. Niyə belə oldu, hazırda cavab verə bilmirəm. Bütün bunların günahkarı baş məşqçidir. Fərqli səbəbləri var. Ötənilki "Sabah"ı unutmaq lazımdır. Artıq o "Sabah" olmayacaq. Bəzi transferlərimiz təlim-məşq toplanışına qoşula bilmədilər. 3-4 ay məşq etməyən oyunçular var idi. Bəzilərinin adaptasiyası istədiyimiz kimi getmədi. Mənim də səhvlərim var".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31