4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Kilan Lebon: “Bu, etdiyim ən gözəl məhsuldar ötürmə oldu”

“Neftçi”nin yarımmüdafiəçisi Kilan Lebonun Futbolxeber.az saytına müsahibəsi

 

- Ölkə kubokunun 1/4 finalında “Qaradağ Lökbatan” üzərində 4:0 hesablı qələbə qazandız. I Liqa təmsilçisi ilə görüşü necə şərh edərdiz?

- Bu qələbə bizə olduqca yaxşı təsir edəcək. Çünki "Kəpəz"lə matç öncəsi bu qələbəyə ehtiyacımız var idi. Xüsusən də özünəinam baxımından. Matçda xeyli imkanlar əldə edə bildik. "Kəpəz"a qarşı da bu cür oynaya bilsək, ili yüksək notlarla başa vura bilərik. Növbəti ildə isə fasilədən qayıdıb maksimumuzu ortaya qoyub daha yaxşısını edəcəyik.

- Məhz sizin meydana daxil olmanızdan sonra komanda qolları sıraladı. Demək olar ki, bu gün Lebon “Neftçi”də açar oyunçu rolunu oynayır?

- Bunu demək bir qədər çətindir. Düşünürəm ki, son dəqiqələrdə rəqib də bir qədər yorulmuşdu. Ona görə bu məqam bizə qollar vurmaq üçün əlavə şans yaratdı. Mən də meydana çıxıb ağırlığımı ortaya qoya bildim. Bu, mənə xas olan keyfiyyətlərdəndir. Komandaya yalnız bu yolla güc qata bilərəm. Amma deyə bilmərəm ki, açar oyunçuyam. Düzdür, komandama daim kömək edirəm və digər oyunçulardan bəzi xüsusiyyətlərimə görə fərqlənirəm. Amma sadəcə hər matçda bacardığımın ən yaxşısını etməyə çalışıram. Meydana çıxıb qollar vurmağım əladır.

- Qolların birində rəqibin demək olar ki, heyətinin yarısını geridə qoyduz...

- Əlbəttə, bu, etdiyim ən gözəl məhsuldar ötürmə oldu (gülür). Təbii ki, buna görə xoşbəxtəm. Ümumiyyətlə, bu tərzdə oynamağı, meydanda bu cür driblinqlər etməyi sevirəm. Bu hal mənim motivasiyama da təsir edir. Möhtəşəm hissdir.

- İlin son matçından gözləntiləriniz nədir?

- Əlbəttə, “Kəpəz”lə matçda qələbə qazanmaq əsas hədəfdir. Mütləq qalib gəlməliyik. İnanıram ki, bunu bacaracağıq.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31