4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

"Neftçi"nin məşqçisi: “2+2 hər dəfə 4 etmir”

"Baş məşqçimizin düşdüyü vəziyyət çətindir. Anası dünyasını dəyişib. Buna görə çox üzülürük. Hər zamanın onun yanındayıq. Çox yaxşı, ciddi rəqiblə qarşılaşdıq. Aqressivlik var idi, oyuna davranışları yaxşı idi. Biz erkən qol vurduq. Bundan sonra rəqibin öz hissəsində üstünlüyü ələ aldıq".

Futbolxeber.az saytının məlumaıtna görə, bu sözləri "Neftçi"nin məşqçisi Alen-Nikolae Çita Azərbaycan kubokunun 1/8 finalında 1-ci liqa təmsilçisi "Qaradağ-Lökbatan"a qalib gəldikləri oyundan (4:0) sonra mətbuat konfransında deyib. Daha sonra rumın mütəxəssis sualları cavablandırıb.

- Bu matçda daha çox oynamayanlara şans verildi...

- Hər bir oyunçumuz təbrikə layiqdir. Bəli, heyətdə 11 nəfərlik yer var. Məşqdə kim əzmkarlıq göstərirsə, o da əsas heyətdə yer alır. "Qarabağ"la oyundan sonra çətin durumdaydıq. Uduzmuşduq. Kubok oyununa çıxdıq. Bu tip oyunlarda daha çox az oynayanlar meydana çıxır ki, özlərini göstərsinlər.

- İlin son matçına az qalıb. Yəqin ki, Mutu həmin oyunda da olmayacaq. Belə olan halda, əsas yük sizin üzərinizə düşür. "Kəpəz"lə matçdan gözləntiniz nədir?

- Bu oyun haqda danışacağıq, rəqibi analiz edəcəyik. Baş məşqçi ilə də müzakirəmiz olacaq.

- Marko Tamaş "Neftçi"də ilk vaxtlarda əsas heyətdə oynasa da, sonradan daha çox ehtiyatda qalır. Siz də keçmiş müdafiəçisiz. Aleksandr Tamaş həqiqətən Azər Salahlıdan zəifdir?

- Burada heç bir ayrı-seçkilik yoxdur. Həftə boyu hansı oyunçu daha gərgin məşq edirsə, o da oynayır.

- Belə çıxır ki, Mark Tamaş Azər Salahlıdan daha istəksiz məşq edir?

- Bu, çox sadədir. Hər oyunçunun şansı var ki, əsas heyətdə oynasın.

- "Neftçi" istənilən nəticəni göstərmir. Liderdən 13 xal geri qalmağınızın səbəbini nədə görürsüz?

- Futbol riyaziyyat deyil. 2+2 hər dəfə 4 etmir. Bəzən nəticə 3 və ya 5 ola bilər. Hər futbolçu var gücü ilə çalışmalıdır ki, əsas heyətdə yer alsın. Biz məşqçilər özümüzü təkmilləşdirməliyik.

- Artıq dörd sarı vərəqə almısınız. Futbolçu dövründə də belə idiniz?

- Bəli. Mərkəz müdafiəçisi olmuşam. Demək istəmirəm ki, nə qədər qırmızı vərəqə almışam. Heç vaxt təslim olmuram. Hər zaman top uğrunda mübarizə aparmağı sevmişəm.

- Onda deyə bilərik ki, cari mövsüm 9 sarı və 1 qırmızı vərəqə alan Yuri Matias sizə oxşayıb?

- Xeyr (gülür). Hər kəsin öz tərzi var.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31