4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

“İlk yarıda “Neftçi”dən yaxşı oynadıq”

"Birinci hissədə komandamız üçüncü zonada pressinq edirdi. Fikrimiz var idi ki, rəqibə oynamağa imkan verməyək. Bu hardasa ilk yarıda bəhrəsini verdi. Amma ikinci yarıda istədiklərimiz alınmadı".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qaradağ-Lökbatan"ın baş məşqçisi Azər Həşimov Azərbaycan kubokunun 1/8 finalında "Neftçi"yə uduzduqları oyundan (0:4) sonra mətbuat konfransında deyib. Daha sonra o, sualları cavablandırıb.

- Birinci liqada lidersiniz. "Neftçi" altıncı pillədədir. Səviyyə fərq çoxdur?

- Bir o qədər də uçurum yoxdur. Əvvəl limit var idi, onda uçurum çox hiss edilirdi. İndi sərbəstdir, yaş limiti yoxdur. Bu dəqiqə Premyer Liqa klublarının büdcələri ilə birinci liqa büdcələri eyni deyil. 10 dəfə artıqdır. Burada keyfiyyətli oyunçular daha çoxdur. Birinci liqada isə istedadlı oyunçuları üzə çıxaraq ki, Azərbaycan futboluna xeyir versin.

- "Qaradağ Lökbatan"ın hədəf nədir?

- Premyer Liqaya vəsiqə qazanmaq. Bir neçə iddialı komandalar var. Çalışacağıq ki, Premyer Liqaya vəsiqə qazanaq.

- Bu gün MOİK "Qarabağ"dan 90+5-ci dəqiqədə qol buraxdı...

- Sözün açığı, futbolçuları inandırdım ki, ən yaxşısını etməyə çalışacağıq. Amma reallığı danışaq. Elə epizodlarımız var idi ki, orada bir toxunuş edib, daha təhlükəli vəziyyət yaratmaq olardı. Təcrübə öz sözünü dedi. "İmişli" də matçın sonuna yaxın qol buraxıb "Qəbələ"yə uduzdu. Biz süni meydandada məşq edib, təbii otda oynayanda çox çətin olur. Futbolçuların ayaqları tutulur. İlk yarıda "Neftçi"dən də yaxşı oynadıq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31