4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Ayxan Abbasov: "Rəqibin təzyiqinə dözə bilmədik"

"Bu mərhələ bir oyundan ibarət idi. Bəlkə də bu mərhələdə ən ağır cütlük biz idik. Digər komandalar I Liqa komandaları ilə oynayırdı. Püşk belə oldu. Bu mövsüm bizim üçün kubok bitdi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun 1/8 finalında "Zirə"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat kofransında deyib.

O, 3 gün öncə Premyer Liqada "Zirə" ilə oynadıqlarını xatırladıb:  "Bilirdik ki, məğlubiyətdən sonra daha da aqressiv olacaqlar. Futbolçularımızı hazır etməyə çalışdıq. İlk dəqiqələrdəki qol rəqibi bir qədər də aqressivləşdirdi. İkinci qolu vura bilərdik. Belə oyunlarda ikinci qol lazımdır. Təəssüf ki, yorğunçuluq öz sözünü dedi. Rəqibin təzyiqinə dözə bilmədik".

Mütəxəssis bildirib ki, sıx qrafik onlar üçün daha çox çətindir: "Digər komandalar 4 gündən bir oynayır. Biz Tovuza qayıdıb 3 gün sonra ağır oyuna çıxacağıq. Təəssüf edirəm. Rəqib ikinci hissə bizə imkan vermədi. Futbolçularımızın nə qədər soyuqqanlı olmasına çalışdıq. Oyunun təzyiqi buna imkan vermədi. Rəqibi təbrik edirəm. Növbəti oyunda qələbə qazanıb, ili qələbə ilə başa vurmağa çalışacağıq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31