4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Eddi İsrafilov: “Bu mövsüm istədiyimizə nail olacağıq”

“Çox yaxşı keyfiyyətlərə malik rəqibə qarşı oynadıq. "Qarabağ" topla rəftarı sevir. Oyun ərzində uzun müddət rəqib bu baxımdan yaxşısını edə bildi. Bizə çox çətinlik yaşatdılar”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi Eddi İsrafilov Azərbaycan Premyer Liqasının XVII turunda “Qarabağ”a 0:2 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

31 yaşlı futbolçu yenilgini belə şərh edib: “Son nəfəsə qədər mübarizə apardıq, döyüşməyə cəhd göstərdik. Alınmadı, amma biz birlikdə bu mövsüm istədiyimizə nail olacağıq”.

Ağdam klubu ilə aralarındakı xal fərqi 17-yə çatsa da, E.İsrafilov "Neftçi"nin məqsədinin çempionluq olduğunu bildirib: “Bizim tək niyyətimiz budur, meydana bunun üçün çıxırıq. Nə baş verəcəyini birlikdə görəcəyik. Hər səhər yuxudan oyanıb düşündüyümüz tək şey hər matçda qurduğumuz plan, oynayacağımız oyundur. Qarşımıza məqsəd qoymuşuq. Fərqi yoxdur, bu "Qarabağ" olsun, yaxud "Kəpəz", istənilən rəqib üzərində biz yalnız qələbə cəhdləri barədə düşünürük. Keçmişdə də bunun baş verdiyini görmüsünüz”.

“Neftçi”nin yarımmüdafiəçisi 2023-cü ilin son 2 matçında yaxşı nəticə qazanmaq istədiklərini vurğulayıb: “Qarşıda bizi kubok matçı gözləyir. İlk olaraq bütün fikrimizi bu oyuna cəmləməliyik, çünki biz kubok uğrunda mübarizəni davam etdirmək istəyirik. Bundan sonra Premyer Liqada ilin son matçı barədə düşünə bilərik. İndi üçün yalnız hədəfimiz kubokdur. Diqqətimizi oraya yönəltmişik”.

Azad NURİYEV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31