4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Qurbanov püşkü dəyərləndirdi

“Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkünü dəyərləndirib.

Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssis rəqibləri "Braqa" (Portuqaliya) barədə hələlik geniş məlumata malik olmadığını bildirib:

"Bu gün rəqib haqda çox maraqlanmadım. Çünki fikrim əsasən "Neftçi" ilə oyunda idi. Ona görə "Braqa" barədə çox az məlumat topladım. Əvvəldən də demişdim ki, potensial rəqiblərin hər biri ciddi idi. Hər biri qarşısına böyük hədəflər qoyub. Portuqaliya klubları avrokuboklara ciddi yanaşırlar. Onlardan biri bizimlə düşdü. Hər bir halda, "Braqa" ilə oyunlar bizim üçün böyük təcrübə olacaq. Rəqibi tam yaxından tanıyandan sonra daha ətraflı məlumat verə biləcəyik. İlkin olaraq onu deyə bilərəm ki, dinamik, texnikalı oyunçuları var. Yaxşı oyun, yaxşı futbol göstərən komandadır. Hələ vaxtımız var. Çalışacağıq ki, rəqibi təhlil edək".

Qeyd edək ki, pley-offun ilk matçları 2024-cü ilin fevralın 15-də, cavab görüşləri fevralın 22-də keçiriləcək. Qalib komandalar 1/8 finala vəsiqəni təmin edən Avroliqanın qrup birinciləri ilə qarşılaşacaqlar.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31