4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

“Səbail”in qış hazırlıq planı müəyyənləşib

“Səbail” klubunun qış hazırlıq planı müəyyənləşib.
 
Futbolxeber.az saytının klubun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, komanda 2023/2024 mövsümünün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşacaq.
 
2024-cü il 5-17 yanvar tarixlərini əhatə edəcək təlim-məşq toplanışı zamanı “Səbail” “Miracle Resort” hotelində məskunlaşacaq. “Dənizçilər” Antalyada 2 yoxlama oyunu keçirəcəklər.
 
Baş məşqçi Şahin Diniyev Rumıniya Superliqası təmsilçisi “Universitatya Kluj” (12 yanvar) və Rusiya Premyer Liqa klubu “Fakel” (15 yanvar) ilə görüşlərdə yetirmələrini sınayacaq.
 
Qeyd edək ki, “Səbail” Premyer Liqada 17 turdan sonra 26 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31