4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Ehtiram Quliyev: “Hakimlərdən də, Barış Şimşəklə görüşdən də narazıyam”

“Hakimlərdən narazıyam. Tək mən yox, azarkeşlərimiz, futbol ictimaiyyəti, Premyer Liqaya baxan hər kəs bunu görür”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev “Zirə” ilə oyundan (1:0) sonra jurnalistlərə müsahibəsində deyib.

O, hakimlər tərəfindən komandasına qarşı haqsızlıqlar olduğunu bildirib: “Çempionatda ikinci ən çox qol vuran komandayıq. Amma nədənsə 11 metrlik cərimə zərbəsi ala bilmirik. Rəqibin cərimə meydançasında oynayırıq. Bizə qarşı haqsızlıqlar olur. Səbəbini mən də bilmirəm. Bəlkə hansısa qüvvələr əsəbimizi korlayıb ciddi bəyanat verməyimizi, futboldan çəkilməyimizi istəyir? Bəlkə bunu AFFA-ya qarşı "kozır" olaraq istifadə edəcəklər. Bilmirik hansı qüvvədir, hansı təşkilatlanmadır. Əlimdə fakt olmadan danışmağım doğru olmaz. Mən azarkeş olaraq deyirəm. Hər kəs oyunlarımızı görür”.

“Sizcə, bu, qərəzdir, yoxsa hakim səhvləri?” sualını E.Quliyev belə cavablandırıb: “Ümid edirəm ki, hakim səhvləridir. Amma periodikdir. Bir oyun səhvlər olur, bir oyun olmur, sonra yenidən olur. Artıq bu düstura öyrəşmişik”.

Tovuz klubunun rəhbəri Hakimlər Komitəsinin sədri Barış Şimşəklə görüşdüyünüyü vurğulayıb: “Onunla ggörüşmüşük. Amma bunu mətbuata elan etməyimizə ehtiyac yox idi. Görüşdən razı qalmadım. PFL əməkdaşları ağır qəzaya düşüb. Onlara Allahdan şəfa diləyirəm. Ona görə də hazırda bu haqda danışmaq düzgün olmaz. Vacib olan insan sağlığıdır”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31