26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Sadıqov: "Hücumçusuz oynayırdıq"

“Növbəti oyunlarda mütləq qələbə qazanıb psixoloji vəziyyətimizi düzəltməliyik. Komanda əlindən gələni etdi, qələbəyə yaxın idik. Yolumuza davam edirik". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"la oyundan sonra AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib. Təcrübəli mütəxəssis qeyd edib ki, hazırki çempionatda autsayder yoxdu: "Komanda üzvlərini fərqləndirmək istəmirəm. Zədəli futbolçular tədricən heyətə dönür. İlk hissədə qol epizodlarımız oldu, hər iki komanda qələbə qazanmaq istəyirdi. Komandamızın yarısı yox idi, hücumçusuz oynayırdıq. Bu gün çempionatda autsayder sayıla biləcək komanda yoxdur. “Sumqayıt” “Qəbələ”ni məğlub edib, “Neftçi” və “Xəzər Lənkəran”dan xal alıb. Bugünkü oyunda xal itirdiyimizi düşünürəm. “Sumqayıt” çox yaxşı komandadır, futbolçuları bir çox məşqçilərin diqqət mərkəzindədir. Cinah oyunçularımızı, hücumçu və yarımmüdafiəçilərimizi əvəzləyə bilmərik. İqbekoyi artıq neçənci oyundur ki, hücumçu mövqeyində oynayır. Oskars Klava 4-cü sarı vərəqə almaqla “Qarabağ”la oyun öncəsi bizi pis vəziyyətə qoydu”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30