29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

"Azarkeşlərin narazılığı haqlıdır"

"Çətin oyun oldu. "Zirə" yaxşı təşkilatlanmış komandadır. İlk yarıda bərabərsəviyyəli oyun gedirdi. İkinci hissədə daha yaxşı idik".

Futbolxeber.az saytının məlumaıtna görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Adiran Mutu Azərbaycan Premyer Liqasının 15-ci turunda "Zirə"yə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

O, 1:0 hesablı qələbəni belə şərh edib: "Futbolçularımı meydandadakı davranışına və yanaşmasına görə təbrik edirəm. Onlar döyüşkən ruh göstərdilər. Məni daha da sevindirən amil odur ki, meydana sonradan daxil olanlar özlərini yaxşı tərəfdən göstərdi. Hər biri komandaya xeyir verdi. Sonda bu cür çətin oyunda qalib gəldik".

Rumın mütəxəssis hücum xəttinin kəsərsiz olması ilə bağlı da danışıb: "Səmimi desəm, hücumçuların meydandakı davranışları məni qane edir. Əlbəttə, qol vurmamaqları məni narazı salır. Hər məşqçi istəyər ki, hücumçuları qollar vursun. Çünki onlar qollar vurmağa başlasalar, dərhal komandaya yaxşı təsir edər. İstəmirəm hər oyundan sonra təkrarlayım. Amma hazırkı vəziyyət belədir".

Mutu Mark Tamaş və Kenni Sayefin oynamamasına da aydınlıq gətirib: "İndiyə qədər bütün oyunçulara şans vermişəm. Sözsüz ki, ilk onbirliyi seçəndə çalışıram ki, ən yaxşılarını bura daxil edim. Mark və Sayef yaxşı məşq edirlər, komandanın bir hissəsidirlər. Məşqçi olaraq bu oyun üçün seçimim belə oldu. Rəhman Hacıyev tək qola görə yox, oyuna görə də məni sevindirdi. Biz bir komandayıq, fərq etmir kim 30 dəqiqə, kim az oynayır. Hamı komandaya xeyir verməyə çalışmalıdır. Hər oyunçu dərk etməlidir ki, biz bir komandayıq, bura "Neftçi"dir, heç kim özünə görə oynamır. Öz oyunçularıma həmişə deyirəm ki, onlar komanda şəklində oynasalar, hər matçda qələbə qazanarlar. Bu gün də komanda şəklində çıxış etdik".

"Neftçi"nin çalışdırıcısı azarkeşlərin oyun boyu komandanın çıxışına etiraz etməsinə də münasibət bildirib: "Azarkeşlər orada necə istəyirlər, davrana bilərlər. Hər birimiz bilirik ki, biz daha çoxunu verə bilərik. Ona görə onlar narazılıqda haqlıdırlar".

Mutu Rəhman Hacıyev meydana sonradan daxil olub vacib qollar vurmasından danışıb: "Oyuna əvvəldən başlayanda da ondan razı qalırdım. "Sabah"la matçda qolu var idi. Beş qol vurub. Amma nominal hücumçu deyil. Söhbət 11 oyunçudan yox, "Neftçi"dən gedir. Hər bir futbolçu komandaya xeyir verməlidir. Oyunçularıma o gözlə baxmıram ki, bu ilk onbirliyin üzvüdür və ya əvəzetmədən meydana daxil olur. Hamısına eyni gözlə baxıram. Futbolçu olanda da məşqçilər tərəfdən belə yanaşma görməmişəm".

Baş məşqçi qol vurduqdan sonra futbolçularının daha çox yerə yıxılmaq və vaxt aparmaqla məşğul olması fikri ilə razılaşmayıb: "Düşünmürəm ki, siz dediyinzi kimi futbolçularım vaxt itirirdilər. Sadəcə onlar həmin dəqiqəni daha yaxşı idarə edirdilər. Bununla bağlı yaxşı təcrübəmiz var. Bu, futbolçuların özünün fikri idi. "Araz-Naxçıvan"la oyunda düzgün nəzarət etsəydilər, üç xal qazanardıq. "Sabah"la matçda da həmçinin bir xal qazanardıq. Artıq futbolçularım öyrənir ki, dəqiqəni necə idarə etmək lazımdır".

Mutu "Eddi İsrafilovun intizamsızlığınını aradan qaldırmaq üçün tədbirlər görürsünüz?" sualını da cavablandırıb: "Hər dueldə çox istəklidir ki, qələbə qazansın. Ola bilsin ki, ona görə bəzi duellərə çox tələsik gedir. Kartlardan da bir az narahat  olmalıdır. Çünki komandaya zərər vura bilər. Xoşlayıram ki, həmin mövqedəki oyunçular aqressiv olsunlar. Pozitiv mənada aqressiv deyirəm. Uzun müddət zədəli olub, yeni qayıdıb, bərpa olunur. Düzgün yoldadır. Daha çox oyun lazımdır ki, ritmə düşsün. Ona görə də bir az formadan uzaqdır. Duellərə gecikə bilər".

Adiran Mutu kapitan Emin Mahmudovun ötən mövsümlə və milllidəki performansı ilə "Neftçi"dəki arasında fərq olması haqda da danışıb: "Bütün məsuliyyəti Eminin üzərinə atmayaq. Ən yaxşı milli oyunçumuzdur. Hamı onun üzərinə böyük təzyiq yaradır ki, Emin xüsusi nəsə etməlidir. Hər şeyi onun üzərinə atmaq ədalətli olmaz. Çünki komandada oynayan təkcə Emin deyil. Məşqlərə yanaşması, davranışı çox peşəkar səviyyədədir. Çox motivasiyalıdır. Sizə əminliklə deyə bilərəm ki, komandada hamıdan çox o istəyir qollar vursun, "Neftçi"yə xeyir versin. Ümid edirəm ki, növbəti oyunlarda buna nail ola biləcək. Bəlkə bizim də hansısa səhvimiz var ki, topu ona düzgün şəkildə gətirib çatdıra bilmirik və o da düzgün istifadə edə bilmir".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30