29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

"Günahkar axtarmağa ehtiyac yoxdur"

"Zədəli oyunçularımız var deyə, rotasiyalar edə bilmirik. Bəzi oyunçularımıza çox güc düşür. Uzun səfər idi, yol amili də var idi. Bütün çətinliklərə baxmayaraq, ikinci hissənin ilk 10 dəqiqəsini çıxmaq şərtilə komanda yaxşı oynadı. Komandadan razı qaldıq. Düzdür, qələbə qazanmaq istəyirdik, amma əlimizdən çıxdı. Bir xala da şükür".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın məşqçisi Mübariz Orucov Azərbaycan Premyer Liqasının 15-ci turunda "Turan Tovuz"la (2:2) oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"İkinci hissənin ilk 10 dəqiqəsində konsentrasiya itkinliyi idi, ya nə idi... Rəqibin də təzyiqi oldu. Diqqətsizlikdən iki qol buraxdıq. Amma sonradan komanda yenidən toparlandı", - deyə o bildirib.

M.Orucov qələbəni əldən vermələri ilə bağlı söyləyib: "Günahkar axtarmağa ehtiyac yoxdur. Səhv olubsa, hamımızındır. Komanda pis oynamadı, normal çıxış etdi. Rəqibin qol vurduğu 10 dəqiqə ərzində nə baş verdiyini oyunu analiz edəndə baxacağıq. Hansı səhvlər etdiyimizi görəcəyik. Soyuq başla hamısını analiz edəcəyik".

O, daha sonra vurğulayıb: "2:0 udduğumuz oyunda sonradan 2:2 olursa, üç xalın əldən çıxmağına üzülürük. İkinci hissə başlayan kimi ardıcıl iki qol buraxıb, oyunu 2:2 başa vurursansa, onda da bir xalın sevinci var".

Mütəxəssis "Sumqayıt" çempionatda ardıcıl beşinci oyundur ki, uduzmaması əlaqədar deyib: "Mövsüm başlayandan hansısa hədəfimiz yox idi. Komandanın yaxşı futbol oynamasını, yaxşı yerlərdə olmasını istəyirdik. Zaman keçdikcə, komanda öz oyununu tapdıqca, əlbəttə ki, bütün kollektivlər avrokuboklara düşsün. Amma indidən bu barədə danışmaq çox tezdir. Cəmi 15 tur geridə qalıb. Turnir cədvəlində də xal fərqləri çox deyil. Bir-iki oyunda uduzanda, 7-8-ci pilləyə yuvarlanmaq mümkündür".

M.Orucov qış transfer pəncərəsində hansısa futbolçunun komandadan gedib-getməyəcəyi ilə bağlı bildirib: "Bunlar barədə düşünürük. Kimlərlə müqavilə uzadılmayacaq, o haqda da fikirləşirik. Hansısa çətinliklərimiz ola bilərsə, onların qarşısını almağa çalışacağıq. Bu dəqiqəyə olan fikrimiz ölkə xaricində toplanış keçməkdir. Allahın işidir. Qeyri-adi bir şey olmasa, xaricə yollanacağıq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30