29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

İcraiyyə Komitəsinin üzvü: “De Byazinin əvəzinə başqası gəlib futbolçuların yerinə oynamayacaq”

“Millinin oyunlarından sonra AFFA İcraiyyə Komitəsi yığışacaq. De Byazinin məsələsi də məhz həmin vaxt müzakirə olunacaq. İtaliyalı mütəxəssisin müqaviləsi seçmə mərhələnin sonunda bitir”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundov jurnalistlərə müsahibəsində deyib.

Milli komandamızın baş məşqçi məsələsi haqda danışan Z.Axundov bildirib ki, yığmada əsas problem məşqçidə yox, futbolçulardadır:

“De Byazi gedib, ondan yaxşısı gələcəksə, mən razı. Amma hər şey futbolçulardan asılıdır. Oyunçular gərək komanda üçün can yandırsınlar. De Byazinin əvəzinə başqası gəlib futbolçuların yerinə oynamayacaq. Milli başımızın tacıdır. Hər birimiz milli komanda üçün çalışmalıyıq. Hamımız yığmanın uğurlu nəticə göstərməsini istəyirik”.

Futzal Federasiyasının rəhbəri olan Zaur Axundov futzal millimizin baş məşqçisi Vitali Borisovun fəaliyyətindən də söz açıb: “Ardıcıl 2 məğlubiyyətə baxmayaraq, futzal millimizin dünya çempionatına yollanmaq şansı qalır. İnanıram ki, komanda bu tapşırğın öhdəsindən gələcək. Millimizin baş məşqçisi Vitali Borisova inanırıq. Bugünkü gündə onunla vidalaşmaq barədə düşünmürük. Düzdür, Borisovun rəhbərliyi altında “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasında uğursuz çıxış etdi. Lakin yenə də onunla yollarımızı ayırmadıq. Hətta millimiz dünya çempionatına vəsiqə qazanmasa belə, yenə də Borisova şans verəcəyik. Təbii ki, ciddi söhbətimiz də olacaq”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30