4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Azər Məmmədov: "Oyunun ədalətli nəticəsi heç-heçə idi"

“İki fərqli hissə izlədik. İlk yarıda komandamız daha yaxşı oynadı. Çalışdıq ki, qol vuraq, alınmadı. Təbii örtükdə məşq etdiyimiz üçün bu gün komandada yorğunluq yarandı. Süni örtük öz təsirini göstərirdi. "Zirə" çempionatda ən az top buraxan komandadır. Oyunun ədalətli nəticəsi heç-heçə idi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Azər Məmmədov Azərbaycan Premyer Liqasının X turunda “Zirə” ilə qolsuz başa çatan oyundan sonra deyib.

O, yalnız iddialı komandalardan xal almalarının səbəbini belə izah edib: “Maliyyə baxımından hamıdan geri qalırıq. Özüm də özümə sual verirəm ki, necə olur liderlərdən xal götürürük, daha asan rəqiblərdən isə xal ala bilmirik. Komandanın 80 faizi yenilənib. Futbolçuların adaptasiya alması üçün vaxt lazım olur. Bu proseslərdən keçirdik. İkinci dövrədə daha fərqli "Kəpəz" olacağıq”.

O, Qəbələdə yox, Tovuzda oynamarı barədə də söz açıb: “Bəli, qeyd etmişdim ki, Qəbələdə oynasaq, daha yaxşı olar. Süni örtükdə bizim üçün çətin olur. Sadəcə Tovuzda daha az xərcimiz çıxır. Tovuzun üstünlüyü odur ki, bizə daha yaxındır”.

A.Məmmədov qeyd edib ki, əvvəldən görüşün axşam saatlarında keçirilməsini istəyib: “Matçdan əvvəl Rəşad Sadıqovla söhbət edirdik. Biz də istəyərik ki, axşam oynayaq. Amma PFL belə qərar verib”.

“Kəpəz”in çalışdırıcısı sosial şəbəkələrdə gəncəli veteranlar tərəfindən klub rəhbərliyinə və özünə qarşı kampaniya başladılması barədə sualı belə cavablandırıb: “Mən gəncəlidən əvvəl azərbaycanlıyam. İstefa tələblərinə gəldikdə isə, söz vermişəm ki, komandanı tam düzəldənə kimi sosial şəbəkələrlə maraqlanmayacam. Mən bir "Kəpəz" sevən kimi, bir gəncəli kimi İlqar Nadirini hər yerdə dəstəkləyəcəm. Burada işləsəm də, işləməsəm də. O insanda səmimilik görürəm. Necə dəstəkləməyim? "Kəpəz" üçün əlindən gələni edir. Mənim də istefamı istəyirlərsə, tənqidə açığam. Bəzi azarkeşlərə də haqq qazandırmaq lazımdır. Daha yaxşısını etmək istəyirik. Bizə vaxt laızmdır”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31