4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

"Səbail"in qapıçısı Azərbaycan çempionatları tarixinə düşdü

Azərbaycan Premyer Liqasının 10-cu turu Səlahət Ağayev üçün yubileylə əlamətdar olub. 

Futbolxeber.az saytının məlumatına görə, "Səbail”in 32 yaşlı qapıçısı Azərbaycan çempionatları tarixində 250-ci oyununu keçirib.
 
Bu, “Neftçi” ilə ev görüşünə təsadüf edib. 2:4 hesabı ilə uduzan “Səbail”in qolkiperi 250 matçda 255 top buraxıb. O, hər qarşılaşmada orta hesabla 1,02 dəfə topu qapısından çıxarıb.
 
Səlahətin debütü 2010/11 mövsümündə gerçəkləşib. Həmin vaxt MOİK-də (8 oyun, 8 qol buraxıb) çıxış edən qolkiper “Səbail”ə (10, -15) qədər “Şamaxı” (90, -74), “Sumqayıt” (39, -50), “Neftçi” (56, -50), “Sabah” (17, -20) və “Qəbələ”də (30, -38) də forma geyinib.
 
Karyerası ərzində Premyer Liqanın 7 klubunda çıxış edən Ağayev ölkə çempionatları tarixinə 250 və daha çox oyun keçirən 5-ci qapıçı kimi düşüb. Yarışın 31 illik tarixində yalnız 4 qolkiper daha çox matça çıxıb (pfl.az)
 
Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  

Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31