4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

“Neftçi”yə məğlubiyyəti çempionatdakı fasilə ilə əlaqələndirmək istəməzdim”

“Səbail”in müdafiəçisi Yusif Nəbiyevin Futbolxeber.az saytına müsahibəsi

 

- “Neftçi”dən alınan məğlubiyyəti (2:4) nə ilə əlaqələndirmək olar?

- Oyun bizim üçün ağır keçdi. Belə olAcağını gözləyirdik. Düzdür, erkən qol vurduq, uğurlu başlanğıc idi. Lakin təəssüf ki, üstünlüyümüzü qoruya bilmədik.

- Bu məğlubiyyət komandaya psixoloji baxımdan mənfi təsir göstərməyəcək?

- Düşünmürəm. Bu, futboldur. Hər bir nəticə qeydə alına bilər. Bu gün uduzduq, amma irəliyə ümidlə baxırıq. Heç nə itirməmişik. Gələcək oyunlara daha yaxşı köklənəcəyik.

- Daha əvvəl bu meydanda "Qarabağ"a qalib gəlsəniz də, “Neftçi”yə uduzdunuz. Ağdam klubu ilə müqayisədə “ağ-qaralar”la görüş sizin üçün hansı çətinliyi yaratdı?

- "Qarabağ" və "Neftçi" fərqli komandalardır. Hər ikisinin səviyyəsi bütün azarkeşlərə bəllidir. Bu gün (söhbət dünən olub - red.) qələbə qazanmaq istəyirdik, sadəcə alınmadı. Gələcək oyunlarda 3 xal qazanmağa çalışacağıq. Komanda olaraq, ailə olaraq ən yaxşısını edəcəyik.

- Çempionatda yaranan fasilədən sonra ilk maçtda “Səbail” xalsız qaldı və 6 matçlıq məğlubiyyətsiz oyunlar seriyası qırıldı. Demək olar ki, fasilə “Səbail”ə düşərli olmadı?

- Bəli, fasiləyə qədər yüksəlişdə idik. Amma yenilgini sırf fasilə ilə əlaqələndirmək istəməzdim. İlk dövrənin əvvəlində də 3 matçda 2 dəfə uduzmuşduq. Ona görə də hələ heç nə itirilməyib.

- Cari mövsüm inamlı çıxışınla milli komandaya da dəvət aldın. Öz çıxışından razısan?

- Bu barədə baş məşqçinin danışmağı daha uyğun olar. Ümumi götürəndə öz oyunumdan razı deyiləm. Daha yaxşı performans nümayiş etdirə bilərəm. Çalışıram ki, komandaya xeyir verim. Biz birlikdə güclüyük. Fərdi olaraq heç kim digərindən güclü deyil.

- “Səbail” cari mövsüm hansı nəticəyə ümid edir?

- Yalnız bacardığımız qədər üst pillələr uğrunda oynayırıq. Turnir cədvəlində mümkün olduğu qədər öndə olmaq istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik. Yekun nəticənin necə olacağını isə zaman göstərəcək.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31