4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

“Jelezniçar” artıq Bakıdadı

"Neftçi"nin Konfrans Liqasının II təsnifat mərhələsində rəqibi olan "Jelezniçar" artıq Bakıdadı.

Futbolxeber.az saytının məlumatına görə, Sarayevo təmsilçisi "Wyndham Garden Baku Hotel"də məskunlaşıb.

Rəqibi matça 3 gün əvvəl gələrək burda hazırlıq keçməyi daha məqsədəuyğun sayıb. Bu, ilk 2 gündə "Neftçi"nin Bakıxanov qəsəbəsindəki bazasında olacaq. Oyunöncəsi son məşq isə görüşün keçiriləcəyi "Bakcell Arena"da baş tutacaq.

Onu da bildirək ki, bu, "Jelezniçar"ın son 2 həftədə ölkəmizə 2-ci səfəridi. Belə ki, Bosniya və Herseqovina klubu I təsnifat mərhələsində keçdiyi Minsk "Dinamo"suyla cavab görüşünə paytaxtımızda - "Azərsun Arena"da çıxmışdı.

Xatırladaq ki, bosniyalılar "Neftçi"ylə ilk matçda evdə 2:2 hesablı bərabərliyə qalıb. Cavab görüşü avqustun 3-də saat 21:00-da "Bakcell Arena"da olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31