4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

PFL "Turan Tovuz"un oyunlarının məkanını dəyişdirib

Peşəkar Futbol Liqası (PFL) tərəfindən Tovuz şəhər stadionunda geniştərkibli təftiş həyata keçirilib.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, aparılan əsaslı işlər, stadionun hazırki durumu, azarkeşlərin və futbolçuların təhlükəsizliyi, oyunun canlı yayımı və VAR infrastrukturunun vəziyyəti nəzərə alınaraq qurumun İdarə Heyəti rəqib komandaların razılıq məktubunu da əsas götürərək bir sıra qərarlar qəbul edib .

Azərbaycan Premyer Liqasının 1-ci dövrəsinin "Araz Naxçıvan" - “Turan Tovuz” oyunu , 2-ci dövrənin "Turan Tovuz" - "Araz Naxçıvan" qarşılaşması kimi keçiriləcək.

1-ci dövrənin "Qarabağ" - "Turan Tovuz" matçı, 2-ci dövrənin "Turan Tovuz" - "Qarabağ" görüşü kimi təşkil olunacaq.

Bundan əlavə, 4-cü turdan etibarən Tovuz şəhər stadionu qarşılaşmaları qəbul etməyə hazır olmalı və bununla bağlı bütün işlər nəzarətdə saxlanılmalıdır.

Qeyd edək ki, Tovuz şəhər stadionunda süni işıqlandırma sisteminin tam istifadəyə verilməsi sentyabrın sonunda planlaşdırılır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31