4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Xorvatiya mətbuatı: "Mahir "Dinamo"ya böyük inamla qayıdıb"

Xorvatiyanın "Vecernji" nəşri "Dinamo" Zaqrebdə çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli barədə yazı hazırlayıb.

Futbolxeber.az saytının məlumatına görə, müəllifi Robert Qeroi olan yazıda 26 yaşlı azərbaycanlı futbolçu barədə müsbət fikirlər qeyd edilib.

"Mahir hamıdan yaxşı hazırlaşsa da, Çaçiç onu görmürdü. İndi isə o, Bişçanın vacib oyunçusu ola bilər" başlıqlı yazıda müəllif qeyd edir ki, Emreli "Dinamo"ya maraqlı oyunçu kimi cəlb olunmuşdu:

"Amma o, göy formada çox matç keçirməyib. Cəmi 25 oyunda meydana çıxıb. Amma bu matçlarda da onun oyun vaxtı az olub. Buna baxmayaraq, o, 6 qol vurmağı bacarıb. Biz yaxşı xatırlayırıq ki, "Ruevitsa" stadionunda Mahir sonradan oyuna daxil oldu və 7:2 hesabı ilə yekunlaşan oyunda 2 gözəl qol vurdu".

Yazıda "Dinamo"nun sabiq baş məşqçisi Ante Çaçiçin Mahirə dair ciddi planı olmadığı da qeyd edilib: "Gözlənilirdi ki, qış hazırlığından sonra Emreli daha çox oyun şansı qazanacaq. Çünki o, təlim-məşq toplanışının ən yaxşısı idi. Amma sonra başa düşdü ki, oyun şansı az olacaq. Ona görə də Türkiyəyə yollandı. Orada 12 oyun keçirdi, 2 qol vurdu".

Müəllif daha sonra yazır: "O, "Dinamo"ya böyük inamla qayıtdı. Emreli Bişçanın rəhbərliyi altında Sloveniyadakı təlim-məşq toplanışına yaxşı başladı. Praqa "Sparta"sına qarşı matçda "10" nömrə mövqeyində oynadı və yaxşı çıxış etdi. "İstra" ilə görüşdə isə İqor Bişçan Mahiri əsas heyətə daxil etdi. Və o, böyük İvanuşetslə birgə matçın ən yaxşılarından oldu. Hər biri bil qol vurdu və qol ötürməsi etdi.

Emreli əsas heyətdə oynamağa layiq idi və bundan istifadə edə bildi. Düzdür, bu o demək deyil ki, Mahir Petkoviçi əsas heyətdən çıxaracaq, amma istənilən halda o, Xorvatiya liqasına yarayan oyunçudur. Vacib deyil ki, Mahir yalnız hücumun ucunda çıxış etsin. Emreli universal futbolçudur, sağ və sol cinahda oynamağı bacarır. İnanırıq ki, onu hələ meydanda yenə görəcəyik".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31