4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Naxçıvan Futbol Federasiyasına yeni sədr seçilib

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının yığıncağı keçirilib.
 
Futbolxeber.az saytının APA-ya istinadən verdiyi məlumata görə, yığıncağın gündəliyində Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının fəaliyyəti, görülən işlər, eləcə də federasiyanın yeni sədrinin seçilməsi olub.
 
İclasda federasiya sədrinin seçilməsi məsələsinə baxılıb. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədrliyinə namizədliyi irəli sürülüb. Təklif yekdilliklə qəbul olunub və Qəzənfər Abdullayev Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri seçilib.
 
Qeyd edək ki, bundan əvvəl Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri Vüqar Abbasov idi.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31