4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

“Rakuv”un kapitanı: “Qarabağ”ın ikinci qoluna əsəbiləşdim”

“Qarabağ”ın ikinci qoluna əsəbiləşdim”.
 
Futbolxeber.az saytının məlumatına görə, bunu Polşanın “Rakuv” klubunun futbolçusu Zoran Arseniç “Qarabağ”a 3:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib.
 
Kapitan fərdi səhvlərin matçda onlara baha başa gəldiyini düşünür: “Rəqibin birinci qolu qarşısıalınmaz oldu. Çünki hücumçuları başla gözəl zərbə vurdu. Bu, “Qarabağ”ın gücünün təsdiqi idi. Bundan sonra çətin anlar yaşadıq və fərdi səhvdən ikinci topu buraxdıq. Həmin epizodda daha diqqətli ola bilərdik. Buna baxmayaraq, özümüzdə güc taparaq qələbə qolunu vura bildik”.
 
29 yaşlı mərkəz müdafiəçisi cavab oyununda da bənzər mübarizə gözlədiyini söyləyib: “Rəqib mütləq aqressiv oynayacaq. Bizi çətin matç gözləyir, buna hazırıq. Ümid edirəm ki, mərhələni adlayan tərəf biz olacağıq”.
 
Qeyd edək ki, “Qarabağ”la “Rakuv” arasında cavab görüşü avqustun 2-də Bakıda keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31