4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

“Rakuv”un qələbə qolunun müəllifi: “Bakıdakı cavab oyunu asan olmayacaq”

“Bakıdakı cavab oyunu heç də asan olmayacaq”.
 
Futbolxeber.az saytının məlumatına görə, bunu Polşanın “Rakuv” klubunun futbolçusu Sonni Kittel “Qarabağ”ı 3:2 hesabı ilə məğlub etdikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra deyib.
 
81-ci dəqiqədə meydana daxil olduqdan 10 dəqiqə sonra qələbə qolunun müəllifi olan almaniyalı yeni transfer buna görə çox sevincli olduğunu söyləyib: “Bu nəticəyə, komandamın qələbəsinə kömək etdiyimə görə çox şadam. Ancaq bu, hələ ilk oyundur. Qarşıda bizi cavab görüşü gözləyir. Mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik. Məncə, Çestoxovadakı görüşə bənzəyəcək. Nəticəni həll edən kiçik məqamlardır. Biz yüz faiz diqqətli oynamalıyıq. Bakıya qələbə üçün getməyimiz vacib olacaq”.
 
Qeyd edək ki, “Qarabağ”la “Rakuv” arasında cavab görüşü avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31