4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

“Omoniya” nəinki “Qəbələ”ni keçməli, hətta qrupa düşməlidi”

KİPRLİ JURNALİSTLƏR “QARABAĞ”IN ŞANSI İLƏ BAĞLI RAZILIĞA GƏLƏ BİLMƏDİLƏR: “BU, “NEFTÇİ”NİN MƏĞLUB ETDİYİ “ARİS” DEYİL”

Bu gün UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Qəbələ” öz meydanında Kipr “Omoniya”sını qəbul edəcək. Qarşılaşmanı izləmək üçün 10-a yaxın kiprli jurnalist də Qəbələyə ezam olunub. Maraqlıdır, onlar bugünkü görüşlə bağlı nə düşünürlər?

“Sport FM 95”in müxbiri Demetris Vroullidesprotathlima.com saytından Giorgos Nicolaou Futbolxeber.az saytının əməkdaşı ilə söhbətdə bugünkü qarşılaşma, Kipr və Azərbaycan klublarının son illərdəki qarşıdurması və digər məsələlər barədə danışıblar. 

- Kiprdə “Qəbələ” - “Omoniya” matçına maraq nə dərəcədə böyükdü?

- Demetris Vroullides: Təbii ki, “Omoniya” azarkeşlərinin bu oyuna marağı həddindən artıq çoxdu. Onlar üçün bu, çox vacib oyundu. Fanatlar komandalarından mütləq və mütləq qələbə gözləyirlər.

- “Omoniya”nın baş məşqçisi Sofronis Avqoustinin oyunöncəsi mətbuat konfransında sizlərin, ümumiyyətlə kirpli jurnalistlərin suallarından belə başa düşdüm ki, Kiprdə hər kəs səfər matçında “Omoniya”dan qələbə gözləyir...

- Demetris Vroullides: 100 faiz “Omoniya” mərhələni keçəcək deyə bilmərik. Amma əksəriyyətin fikri belədi ki, bəli, “Omoniya” “Qəbələ” səddini keçməlidi. Lakin bilirik ki, bu, heç də asan başa gəlməyəcək.

Giorgos Nicolaou: “Qəbələ” çox güclü rəqibdi. Bu haqda kifayət qədər məlumatım var. Odur ki, “Omoniya”nın işi asan olmayacaq. Lakin ümumi fikir belədi ki, “Omoniya” nəinki “Qəbələ”ni mübarizədən kənarlaşdırmalı, ümumiyyətlə Konfrans Liqasının qrupuna düşməlidi. Yenə deyirəm ki, “Qəbələ” çox təhlükəli rəqibdi və “Omoniya”nın işi heç də asan olmayacaq.

- Lakin unutmayaq ki, “Omoniya” 2 il əvvəl UEFA Konfrans Liqasının qrup mərhələsində öz meydanında “Qarabağ”a 1:4 hesabı ilə uduzmuşdu...

- Giorgos Nicolaou: Bəli, ilk oyunda “Qarabağ” 4:1 hesabı ilə qalib gəlmişdi. Özü də “Omoniya” fasiləyə 1:0 hesabı ilə üstün yollanmışdı. Lakin sonradan komandada baş məşqçi dəyişikliyi oldu və Bakıdakı matçda “Omoniya” daha yaxşı təsir bağışladı və heç-heçə qeydə alındı. “Qarabağ” həddindən artıq güclü komandadı. Özü də ildən-ilə daha da güclənirlər və hər mövsüm avrokubokların qrup mərhələsində çıxış edirlər. Bildiyim qədəri ilə klubun maddi durumu da yaxşıdı. “Qarabağ” Azərbaycandakı digər klublardan bir baş üstündü.

- Ötənilki “Aris” - “Neftçi” qarşıdurmasını necə xatırlayırsız?

- İlk oyunda “Aris” 2:0 hesablı qələbə qazandı. Üstəlik, xeyli sayda real qol şansını boşa vermişdi. Komanda həmin vaxt avrokuboklarda debüt edirdi. Bəlkə də təcrübəsizlik də öz sözünü dedi. Bakıdakı matçda 3 cavabsız qolla uduzdular və mübarizəni dayandırdılar.

- Yeri gəlmişkən, həmin “Aris”in mövsümün sonunda Kipr çempionu olması bizim üçün bir qədər sürpriz oldu. APOEL, “Omoniya” kimi klublar qala-qala “Aris”in çempionluğunu nə ilə əlaqələndirmək olar?

- Demetris Vroullides: Bəli, bu, bizim üçün də sürpriz oldu. Komanda 3 il əvvəl ikinci liqada mübarizə aparırdı, bu gün isə Kipr çempionudu. Komandanın maliyyə durumunun yaxşı olması bunda böyük rol oynadı. İndi “Aris” komplektləşdirilmiş, çox güclü komandadı. Yəni ötən il “Neftçi”nin məğlub etdiyi “Aris” deyil.

- Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Aris” BATE-ni, “Qarabağ” da “Rakov”u mübarizədən kənarlaşdırsa, Kipr çempionu yenidən Bakıya gələcək. Necə düşünürsüz, “Aris” “Qarabağ”a qarşı müqavimət göstərə bilər?

- Giorgos Nicolaou: Təbii ki, “Aris”lə müqayisədə “Qarabağ” daha təcrübəlidi. Komanda mütəmadi olaraq avrokubokların qrup mərhələsində çıxış edir. Lakin həmkarımın da dediyi kimi, 1 il əvvəllə müqayisədə “Aris” daha güclü komandadı. Buna görə də düşünürəm ki, Çempionlar Liqasında “Aris” - “Qarabağ” qarşıdurması baş tutarsa, hansısa komandanı favorit göstərmək qeyri-mümkündü. Mən şansları 50-ni 50-yə dəyərləndirərdim.

Demetris Vroullides: Mən isə “Qarabağ”ı bir qədər şanslı görürəm. Həmkarımdan fərqli olaraq, bu qarşılaşma baş tutarsa, Azərbaycan çempionunun mərhələ adlamaq şansını daha yüksək qiymətləndirirəm, 60/40-a. Çünki “Qarabağ” çox təcrübəli komandadı. Bu baxımdan “Aris”i açıq-aşkar üstələyir. “Qarabağ” həqiqətən də güclü kollektivdi. Düşünürəm ki, bu klub Kipr çempionatında çıxış etsəydi, 2 favoritdən biri olardı.

İbrahim CƏFƏROV, Qəbələ




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31