4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

“Neftçi” barədə çox danışmağa ehtiyac yoxdur"

"Özüm haqqında danışmağa nifrət edirəm. Rəqib haqqında çoxlu məlumat aldıq, sabah bizim daha yaxşı çıxış etməyimiz vacibdir. Çünki siz isə ancaq komandanızın əla oynadığı halda yaxşı ola bilərsiniz. Komandam yaxşı hazırlaşıb. Ümid edirəm ki, sabah bunun bəhrəsini görəcəklər".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Jelezniçar"ın (Bosniya və Herseqovina) baş məşqçisi Nermin Başiç Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirəcəkləri ilk oyun haqda danışarkən deyib.

O, matçdan əvvəl təşkil olunan məbuat konfransında bildirib:

“Neftçi” barədə çox danışmağa ehtiyac yoxdur. Çünki onlar ciddi titullar qazanıblar, 9 dəfə ölkə çempion olublar. Amma biz buna aldanmayacağıq. Baş məşqçiləri də tanınmış simadır. Adrian Mutu hücum futbolunu sevir. "Neftçi"yə qarşı oyuna hazırlaşmaq üçün vaxtı çox az idi. Nə edəcəyini görəcəyik. Bizim isə heyətlə bağlı problemlərimiz var. Bəzi futbolçuların oynayacağına əmin deyilik. Buna baxmayaraq, pozitiv yanaşıram. Azarkeşlərə söz verirəm ki, mübarizə aparacağıq”.

Qeyd edək ki, iyulun 27-də “Qrbavitsa” stadionunda keçiriləcək “Jelezniçar” - “Neftçi” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31