4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Mutu: "Bura qələbə üçün gəlmişik"

“Bizi çox vacib oyun gözləyir. Fikrimcə, çox yaxşı komandaya qarşı mübarizə aparacağıq. Rəqibin Minsk “Dinamo”su ilə son oyununa baxmışam, çox əzmkar komandadır. Bəzi futbolçuların fərdi ustalığını da qeyd edərdim. Əminliklə deyə bilərəm ki, bizim üçün çox ağır oyun olacaq. Bununla belə, buraya qələbə qazanmaq üçün gəlmişik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Adrian Mutu sabah UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk qarşılaşması çərçivəsində səfərdə "Jelezniçar"a qarşı keçirəcəkləri oyun haqda danışarkən deyib.

Rumın mütəxəssis daha sonra yerli jurnalistlərin suallarını cavablandırıb: “Komandaya yeni gəlmişəm. Futbolçular bütün tapşırıqlarımı yerinə yetirməyə səylə çalışırlar. “Fenerbahçe” və “Spartak”la oyunlarda komandamı təhlil etmişəm. Heyətdə kifayət qədər yaxşı futbolçu var, amma yeni oyunçuların da gəlişini gözləyirik ki, komanda komplektləşsin. Komandamda çoxlu təcrübəli futbolçu var, belə atmosferdə oynamağa öyrəşiblər. Buna görə də “Jelezniçar”ın fanat ordusunun bizə çətinlik yarada biləcəyini düşünmürəm. Bosniya futbolu ilə bağlı məlumatlıyam. Mateus Saldanya haqqında danışmaq yersiz olardı, çünki o, artıq geridə qalıb, biz isə irəliyə baxmalıyıq. Komandaya yeni hücumçu cəlb olunacaq, bununla bağlı danışıqlar gedir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31