29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

“Qəbələ” vətənə qayıtdı

“Qəbələ” Türkiyənin Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışını başa vurub.

Futbolxeber.az saytının məlumatına görə, iyulun 10-da qardaş ölkəyə yollanan “qırmızı-qaralar” dünən vətənə qayıdıb.

Komanda Boluda üç yoxlama oyunu keçirib. “Qəbələ” Moldovanın “Sukleya” (4:2), Rusiyanın “Orenburq” (1:1) və Şimali Makedoniyanın “Qostivar” (3:1) klubları ilə üz-üzə gəlib.

“Qırmızı-qaralar” hazırlıq prosesini iyulun 22-də bərpa edəcək. Komanda Qəbələdə bir araya gələrək yeni mövsümə hazırlaşacaq.

Xatırladaq ki, UEFA Konfrans Liqasında mübarizə aparacaq “Qəbələ” ayın 27-də Kiprin “Omoniya” klubu ilə görüşəcək. II təsnifat mərhələsinin ilk oyunu Qəbələ şəhər stadionunda baş tutacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30