29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

“Rakuv”un futbolçusu: “Qarabağ”la “Linkoln” arasında fərq yoxdur"

“Bizim üçün “Qarabağ”la “Linkoln” arasında fərq yoxdur. Rəqib kim olur-olsun, eyni ciddiyyətlə hazırlaşacağıq”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Polşanın “Rakuv” klubunun futbolçusu Bartoş Novak UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki mümkün rəqibləri barədə danışarkən deyib.

I mərhələdə Estoniya təmsilçisi “Flora”nı (1:0, 3:0) üstələdiklərini xatırladan 30 yaşlı yarımmüdafiəçi növbəti raundda da uğurlu nəticə üçün əllərindən gələni edəcəklərini söyləyib: “Flora” ilə cavab matçında daha yaxşı görünürdük. Düşünürəm ki, oyundan-oyuna forma yığacağıq. Çempionlar Liqasının hər növbəti mərhələsində adrenalin daha çox olur. “Qarabağ” və ya “Linkoln”la düşməyimizdən asılı olmayaraq, II mərhələdə bundan da yaxşı oynamaq istəyirik”.

Qeyd edək ki, “Qarabağ”la Cəbəllütariq klubu “Linkoln” arasında I təsnifat mərhələsinin cavab oyunu bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək. Cəbəllütariq ilk qarşılaşmada Azərbaycan çempionu 2:1 hesablı qələbə qazanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30