4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Abbasov yeni müqaviləsi barədə: “Əgər gücüm çatmayan tələblər olsaydı...”

Ayxan Abbasov “Turan Tovuz”la yeni müqavilə imzalaması haqda danışıb.

Futbolxeber.az saytının məlumatına görə, o, stabil komanda yaratmaq istədiklərini bildirib:

“İlk növbədə rəhbərlikdən məndən nə istədiklərini eşitdim. Bu gün reallıq var. Əgər gücüm çatmayan tələblər olsaydı, razılaşmazdım. Lakin rəhbərliyin səbrli olması bizə birgə inkişaf etmək şansı yaradır. Qısa zamanda uğur qazanmaq çətindir. Düzdür, bəlkə ideal şərait qarşılığında 1 ildə də nəticə qazanmaq olar. Lakin bu, davamlı olmayacaq. Biz isə stabil komanda yaratmaq istəyirik. Rəhbərlik də bu düşüncədədir. Onların yanaşması xoşuma gəldi. Əlbəttə, hər məşqçi istəyir ki, bir yerdə mümkün olduğu qədər çox işləsin. Bəzən yer dəyişikliyi çətinlik yaradır. Bir sözlə, rəhbərliklə baxışlarımız eynidir. Hazırda əsas diqqətimizi nəticəyə yönəltməmişik. Təbii ki, bu o demək deyil ki, nəticə istəmirik. Xeyr, gücümüz çatdığı qədər bütün rəqiblərə qarşı mübarizə aparacağıq. Bu gün futbolçulardan ilk istəyim öz meydanımızdakı matçlarda uduzmamaqdır. Rəqiblər səfərdə olduqlarını hiss etməlidirlər”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31