9 May 2024, Cümə axşamı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"

Ölkə futbolu

Siyasət Əsgərov məğlubiyyəti şərh etdi

Azərbaycanın qadın futbolçulardan ibarət millisinin baş məşqçisi Siyasət Əsgərov Türkiyə yığmasına uduzduqları yoxlama matçı (0:1) barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, o, belə görüşlərin inkişaf üçün faydalı olduğunu deyib:

“Aprelin 3-dən birlikdə məşq edirik. Bugünədək yaxşı hazırlıq keçmişik. Hər zaman demişəm, bu cür yoldaşlıq oyunları komandamızın inkişafı üçün çox önəmlidir. Etiraf etmək lazımdır ki, oyuna yaxşı başlamadıq. Türkiyə millisi bundan məharətlə istifadə edib, erkən dəqiqələrdə hesabı açdı. Fasiləyədək nə qədər cəhd etsək də, hesabı bərabərləşdirə bilmədik. İkinci hissə daha yaxşı oynadıq. Hesabı bərabərləşdirmək şanslarımız var idi. Fürsətləri dəyərləndirə bilmədik. İlk oyunu analiz edib, səhvlərimiz müəyyənləşdirəcəyik. Səhvlərimiz üzərində çalışıb, ikinci oyuna daha fərqli çıxacağıq. Məqsədimiz qələbə qazanmaqdır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31