4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Samir Abasov: “2-3 ötürmədən sonra topu itirirsənsə, nə ürək, nə ruh?”

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 27-ci turunda “Qarabağ”a 0:6 hesabı ilə uduzduqları matç barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, oyundan sonra təşkil olunan mətbuat konfransında mütəxəssis bugünkü gündə komandasının “Qarabağ”ı büdrətmək gücündə olmadığını etiraf edib:

“Özüm də bilmirəm nə deyim. Real danışsaq, bugünkü “Sumqayıt” üçün “Qarabağ”dan xal almaq çox çətindi. Komandanın baş məşqçisi kimi bilirəm ki, bu, bizim gücümüz daxilində deyil. Rəqibi təbrik edirəm”.

Abasov çempionatda yaranan fasilənin komandasının xeyrinə olacağını bildirib: “Qarşıda bizi vacib etap gözləyir. Son dövrədə gərgin mübarizə olacaq. Yaxşıdır ki, son 2 turda “Sabah” və “Qarabağ”dan aldığımız ağır məğlubiyyətlərdən sonra özümüzə gəlmək üçün vaxtımız var. Fasilədən yararlanıb, ciddi hazırlaşacağıq və sonda görəcəyik ki, kimlər hardadır”.

“Sumqayıt”ın çalışdırıcısı rəqibin komandasını daim təzyiq altında saxladığını qeyd edib: “Qapında qol gördükcə özünə, komanda yoldaşına inam itir. Bu cür oyunlardan sonra epizodları ayrıca analiz etmirəm. Amma bu gün buraxdığımız qollar gücümüzü göstərdi. Komanda ruhundan, ürəkdən söhbət getmir Bəli, hər idman növündə ürəkdən mübarizə aparmalısan. Amma 2-3 ötürmədən sonra topu itirirsənsə, nə ürək, nə ruh? Ardıcıl 2-3 ötürmənin davamı gəlmirsə, istər-istəməz təlaşa düşürsən. Üstəlik, “Qarabağ” kimi komanda da daim səni təzyiq altında saxlayırsa, mübarizə aparmaq çox çətindir. Təəssüf ki, bugün “Sabah”la, “Qarabağ”la mübarizə aparmaq “Sumqayıt” üçün çox çətindir”.

Abasov fasilədə futbolçularına irad bildirmədiyini vurğulayıb: “Dedim ki, futboldu, olur. Onsuz da o anda nəsə demək əhəmiyyətsizdi. Bu cür hal hər komandanın başına gəlir. Uzağa getməyək, dünən Çempionlar Liqasının oyununda da “Leypsiq” 0:7 hesabı ilə uduzdu. Ona görə futbolçulara fasilədən dedim ki, azarkeş kimi ikinci hissədə futbol görmək istəyirəm. 0:4, 0:6 uduzsaq da, heç olmasa növbəti oyunlar üçün ümidverici nəsə görək. Azarkeşlər də bunu istəyir”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31