27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Foqts: "Heç-heçəyə sevinməməliyik"

Sabah DÇ-2014-ün seçmə mərhələsində Şimali İrlandiya ilə qarşılaşacaq milli komandamızın baş məşqçisi Berti Foqts bu gün mətbuat konfransı keçirib. Futbolxeber.az-ın məlumatına görə, alman çalışdırıcı ilk növbədə problemlərdən gileylənib: "Hazırlığın gedişindən razıyam. Bəzi insanlar tez hazırlığa başlamağımızdan narazı idi. Vaqif Cavadovun çiynində zədə var, Ruslan Abışov isə oyunu buraxacaq. İsraillə oyunda qələbə qazanmalı idik. Mahir Şükürov orda səhvə yol vermişdi. Şimali İrlandiya ilə görüşdə hakimin çox vaxt əlavə etməsi sayəsində xal itirdik. Komandada təzyiq var. Ümid edirəm ki, peşəkar futbolçularımız buna dözəcək".

Foqts rəqibin kobud oynadığını qeyd edib: "Şimali İrlandiyanı yaxşı tanıyırıq. Azərbaycanlı futbolçular fərqlidirlər. Bizimkilər gözəl, ötürməli oyunu sevirlər. Fikirləşirəm ki, hakim gözəl futbolumuza ləkə gətirməyəcək. Britaniyalılardan fərqli, biz kobud oynamırıq. Futbolda hər şey ola bilər. Biz İsraillə heç-heçə etdik. Bəziləri buna sevindi. Ancaq heç-heçəyə sevinməməliyik".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30