4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Maksim Medvedev: “İndidən hamı mənə yazır ki, “Qalatasaray”la oyuna biletləri hazırla”

“İnanıram ki, “Qalatasaray”la keçiriləcək oyun hamını xoşbəxt edəcək”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Maksim Medvedev martın 26-da Türkiyə klubu “Qalatasaray”a qarşı keçiriləcək xeyriyyə xarakterli yoldaşlıq görüşünün təşkili ilə bağlı danışarkən deyib.

Ağdam klubunun kapitanı jurnalistlərə açıqlamasında Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmaya böyük maraq olacağını düşünür: “Maraqlı oyun olacaq. Çox adam həmin matçı səbirsizliklə gözləyir. Nəhayət ki, bu görüş baş tutacaq. İndidən hamı mənə yazır ki, biletləri hazırla, gələcəyik. “Qalatasaray” önünə əsas heyətlə çıxa bilməyəcəyik. Çünki millilərə çağırılanlar meydanda olmayacaqlar. Ancaq əsas odur ki, “Qalatasaray” kimi komanda bizimlə yoldaşlıq görüşü keçirəcək. İnanıram ki, bu qarşılaşmanın baş tutması hamını xoşbəxt edəcək”.

34 yaşlı müdafiəçi AVRO-2024-ün seçmə mərhələsində martın 24-də Avstriya və 27-də İsveçə qarşı keçiriləcək matçlar üçün Azərbaycan millisinə çağırılmayacağını da sözlərinə əlavə edib: “Çox güman ki, həmin vaxt “Qarabağ”ın düşərgəsində olacağam. Məni “Qalatasaray”la matçda görəcəksiniz. Bu gün millidə olub, sabah çağırılmaya bilərsən. Futbolda bunlar normaldır. Zaman hər şeyi öz yerinə qoyacaq”.

Qeyd edək ki, “Qarabağ” - “Qalatasaray” görüşünün bilet satışından əldə ediləcək gəlir Türkiyədə zəlzələdən əziyyət çəkənlər üçün ianə ediləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31