4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Regekampfdan qələbə şərhi: “Bu cür oyunlarda səhv normaldır”

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının 26-cı turunda "Şamaxı"ya qalib gəldikləri matç (1:0) barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, o, görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib: "Bu cür meydançada oynamaq çətindir. Komandamı üç xal münasibəti ilə təbrik edirəm. Bu cür oyunları analiz etməyəcəm. Çünki bu oyun üçün atmosfer belə idi. Müdafiəyə qapanıb, əks-hücumlara çıxan komandaya qarşı oynamaq asan deyil. Gələcəyə baxıb, növbəti oyunlara hazırlaşmalıyıq".

Rumın mütəxəssis Şamaxı şəhər stadionunun süni ot örtüklü olması haqda da danışıb: "Futbol oynamaq istəyən komanda üçün bu cür meydança üstünlük deyil. Çünki dönmələr çətin olur. Hərəkətlər, hər bir şey normal meydançadakı kimi baş vermir. Sürət də, həmin sürət olmur. Mövsümboyu təbii örtüklü meydanda məşq edən komandanın sonradan burada oynaması çətindir".

Çalışdırıcı "Sizə elə gəlmir ki, oyununuzla yox, rəqibin fərdi səhvi ucbatından qalib gəldiniz" sualını belə cavablandırıb: "Bu cür oyunlarda səhv normaldır. Topu yaxşı ram etmək olmur. Başqa şanslarımız da var idi ki, qol vura bilərdik. Düşünürəm ki, Mateus Saldanyanın epizodu qol olsaydı, oyun daha tez açılacaqdı və bizim üçün daha rahat olacaqdı. Rəqib daha açıq futbol oynamalı idi. Biz qol vurandan sonra onların qapıçısı hər topu dərhal oyuna daxil edirdi. İstəmirəm ki, rəqibin oyunçularını tənqid edim. Ancaq bu cür faktları qeyd etmək istəyirəm. Onlar üçün vacib olan qol buraxmamaq, bizə uduzmamaq idi. Bunu əldə etmək üçün hər şeyə hazır idilər. Bu meydançada bir qol buraxdınsa, sonrası çətin olacaq".

Regekampf futbolçusu Kilan Lebonu fasilədə əvəzləməsinə də toxunub: "Onun ayağında problem var idi. Həkim heyəti əlindən gələni etdi ki, bu gün meydana çıxa bilsin. Buna baxmayaraq, oyunun gedişatında ağrılar hiss etdi və rəqiblə birəbir epizodlara girə bilmirdi. Ona görə də, fasilədə onu əvəzləməyə qərar verdim. Ümid edirəm ki, növbəti oyunlarda sərəncamımda olacaq".

Mütəxəssis sonda futbolçusu Vato Arveladza hqqında da danışıb: "Vato bizim üçün yaxşı seçimdir. Çox yaxşı məşq edir. Bu gün meydana çıxmağa layiq idi. Hər zaman ona şans verəcəyik".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31