4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Musa Qurbanlı Avropanın ən məhsuldar futbolçuları sırasına düşüb

“Qarabağ”ın hücumçusu Musa Qurbanlı 2022/2023 mövsümündə Avropada ən çox qol vuran futbolçular sırasında yer alıb.

Futbolxeber.az saytının “Report”a istinadən verdiyi məlumata görə, 21 yaşlı forvard bütün turnirlərdə keçirdiyi 29 oyunda 20 qol vuraraq bu siyahıya düşüb.

Azərbaycan millisinin üzvü 18 dəfə Premyer Liqada, 2 dəfə isə Azərbaycan Kubokunda fərqlənib. Bu göstərici ilə o, 13-cü sırada qərarlaşıb. İsveçrə təmsilçisi “Yanq Boyz”un oyunçusu Jan-Pyerr Nsame də eyni sayda qol vurmasına baxmayaraq, kamerunlu bunu daha çox oyun keçirərək bacarıb.

Cari mövsüm Avropada hələlik cəmi 14 futbolçu 20 qol səddinə çata bilib. Siyahıya İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Erlinq Holann başçılıq edir. Norveçli 35 matçda 34 dəfə rəqib qapılarına yol tapıb. Onu 31 qolla Fransa PSJ-sinin üzvü Kilian Mbappe izləyir. Türkiyənin “Fənərbağça” klubunun formasını geyinən Enner Valensiya isə 26 topla ilk “üçlüy”ü qapayır.

Qurbanlı orta hesabla hər oyunda 0,68 qola imza atıb. Orta göstəriciyə əsasən, o, qitənin ən məhsuldar 6-cı futbolçusudur. Hücumçunu yalnız Erlinq Holann, Kilian Mbappe, Enner Valensiya, Robert Levandovski və Viktor Osimxen kimi ulduz futbolçular qabaqlayırlar.

2022/2023 mövsümünün ən məhsuldar futbolçuları:

1. Erlinq Holann (“Mançester Siti”) - 35 oyun / 34 qol (orta hesabla hər oyunda 0,97 qol)

2. Kilian Mbappe (PSJ) - 32 / 31 (0,96)

3. Enner Valensiya (“Fənərbağça”) - 33 / 26 (0,78)

4. Robert Levandovski (“Barselona”) - 32 / 25 (0,78)

5. Markus Reşford (“Mançester Yunayted”) - 42 / 25 (0,59)

6. Qonçalo Ramos (“Benfika”) - 35 / 23 (0,65)

7. Vissam Ben Yedder (“Monako”) - 34 / 22 (0,64)

8-10. Məhəmməd Salah (“Liverpul”) - 38 / 22 (0,57)

8-10. Mehdi Taremi (“Porto”) - 38 / 22 (0,57)

8-10. Harri Keyn (“Tottenhem”) - 38 / 22 (0,57)

11. Viktor Osimxen (“Napoli”) - 27 / 21 (0,77)

12. Joao Mario (“Benfika”) - 39 / 21 (0,53)

13. Musa Qurbanlı (“Qarabağ”) - 29 / 20 (0,68)

14. Jan-Pyerr Nsame (“Yanq Boyz”) - 31 / 20 (0,64)

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31