4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

"Qarabağ" xeyriyyə oyunu üçün "Qalatasaray"la danışıqlar aparır

"Qarabağ" Türkiyənin "Qalatasaray" komandası ilə xeyriyyə oyununun keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Futbolxeber.az saytının məlumatına görə, bu haqda qol.az-a Ağdam klubunun direktoru Emrah Çelikel açıqlama verib.

O, qardaş ölkədə baş verən güclü zəlzələdən zərərçəkənlərə yardım məqsədi ilə bu təşəbbüsü irəli sürdüklərini söyləyib. Klub direktorunun sözlərinə görə, hazırda matçın Bakıda təşkili ilə əlaqədar tərəflər arasında danışıqlar gedir. "Bu oyun planlaşdırılır. Amma matçın tarixi və rəqibin səfər proqramı dəqiqləşməyib. Hər şey dəqiqləşdikdən sonra məlumat verəcəyik".

E.Çelikelin sözlərinə görə, xeyriyyə matçı ilə əlaqədar "Qalatasaray"ın Almaniya və "Ferensvaroş" da daxil olmaqla Macarıstan klubları ilə danışıqları olub. Lakin "Qalatasaray" "Qarabağ"la oyun keçirməyə üstünlük verib.

Qeyd edək ki, bu matçın mart ayında milli komandaların oyunları ilə bağlı yaranacaq fasilə zamanı keçirilməsi nəzərdə tutulur.

Əlavə edək ki, fevralın 6-da Türkiyənin bir neçə bölgəsində güclü zəlzələlər olub. Fəlakət nəticəsində 48 min nəfərdən çox şəxs həyatını itirib.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31