4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

İvan Brkiç: “Sabah”la ikinci yer uğrunda mübarizə aparacağıq”

“Çempionatda “Sabah”la ikinci yer uğrunda mübarizə aparacağıq”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “vecernji.hr” a açıqlamasında “Neftçi”nin futbolçusu İvan Brkiç deyib.

Xorvatiyalı qapıçı Premyer Liqada lider “Qarabağ”la aradakı xal fərqi böyük olduğundan, çempionluq yarışına qoşula bilməyəcəklərini gizlətməyib.

O, əsas hədəflərinin Azərbaycan Kubokunu qazanmaq olduğunu söyləyib: “Ölkə kubokunun yarımfinalındayıq. Əsas favoritlər “Qarabağ” və “Sabah” isə mübarizədən kənarlaşdırılıblar. Buna görə də, kubokda ciddi ambisiyalarımız var”.

Qeyd edək ki, hazırda üçüncü pillədə qərarlaşan “Neftçi” “Qarabağ”dan 13, “Sabah”dan isə 4 xal geri qalır. “Ağ-qaralar” ölkə kubokunun yarımfinal mərhələsində “Turan Tovuz”la qarşılaşacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31