4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Musa Qurbanlı: “Uşaqlıq arzum həyata keçdi”

“Qarabağ”ın futbolçusu Musa Qurbanlı Avropa Konfrans Liqasının pley-off mərhələsində “Gent”ə qalib gəldikləri (1:0) oyun haqqında danışıb.

Futbolxeber.az saytının məlumatına görə, o, matçdan sonra “CBC Sport”a açıqlamasında əvvəlcə görüş haqda təəssüratlarını bölüşüb:

“Komandamızın çıxışını çox yaxşı dəyərləndirirəm. Uzun fasilədən sonra Avropa arenasında ilk oyunumuz idi. Matçın ilk dəqiqlərində hər iki komanda çətinlik çəkdi. Daha sonra öz oyunumuz tapdıq. Əsas da ikinci hissənin əvvəllərindən oyunumuzu yaxşılaşdırdıq. “Gent” isə durmadan pressinq edirdi. Bizim üçün çətin rəqib idi. Əzmkarlıq göstərdik və qalib gəldik”.

20 yaşlı forvard avrokuboklarda ilk dəfə start heyətdə meydana çıxması haqda da danışıb: “Həyəcan olmağı təbii ki, normaldır. Mənim üçün çox xoş oldu. “Qarabağ”ın oyunlarına baxa-baxa böyümüşəm. Həmişə arzum olub ki, bu arenada, bu azakeşlərin önündə oynayım. Ona görə də sözlərlə açıqlaya bilməyəcəyim bir hisslər keçirdim. Necə deyərlər, uşaqlıq arzum bu gün həyata keçdi”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31