4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Kuypers "Qarabağ"ı mübarizədən kənarlaşdıracaqlarına inanır

"Gent"in (Belçika) futbolçusu Uqo Kuypers Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la keçirəcəkləri oyunlar barədə danışıb.

Futbolxeber.az-ın məlumatına görə, 26 yaşlı hücumçu UEFA-nın rəsmi saytına açıqlamasında qələbə qazanaraq, növbəti mərhələyə adlayacaqlarına inandığını deyib:

“Biz həqiqətən növbəti mərhələyə vəsiqə qazanacağımıza və mümkün qədər irəli gedəcəyimizə inanırıq. Bu, bir az şablon səslənir. Lakin biz bunu oyundan-oyuna edəcəyik. Bəli, diqqətimizi "Qarabağ"la oyunlara yönəltmişik. İnanıram ki, yerli çempionatda da yaxşı nəticə qazanıb, növbəti mövsüm yenidən Avropada oynayacağıq. Mümkün olanın ən yaxşısını edəcəyimizə ümid edirəm".

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Gent" oyunu saat 21:45-də başlayacaq. Bu komandalar arasında cavab matçı isə 1 həftə sonra Belçikada olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31