4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Yaşar Vahabzadə: “Tərlan Əhmədova dəstək olmaq lazımdı”

“Kəpəz”də problemlər çox olsa da, ümumi götürdükdə, “Kəpəz” yaxşı oyun sərgiləyir. Düzdür, son turda futbolçular bacarıqlarından aşağı səviyyədə çıxış etdilər və nəticədə komanda “Turan Tovuz”a uduzdu. Lakin öncə turlarda Gəncə klubu heç də pis təsir bağışlamırdı”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Kəpəz”in sabiq baş məşqçisi Yaşar Vahabzadə deyib.

Təcrübəli mütəxəssis xələfi Tərlan Əhmədovun Gəncədə yaşadığı problemlərə də toxunub: “Gəncədə işlədiyim üçün orada baş verənlərdən xəbərim var. Tərlan Əhmədovun nə demək istədiyini yaxşı başa düşürəm. Çünki eyni problemləri mən də yaşamışam. Lakin hesab edirəm ki, bu gün Tərlan Əhmədova dəstək olmaq lazımdı. “Kəpəz” Əhmədovun sayəsində Premyer Liqada möhkəmlənə bilər”.

Xatırladaq ki, Premyer Liqanın son turunda “Turan Tovuz”la oyundan sonra “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov komanda ətrafında yaşanan problemlərə toxunaraq, sələfi Yaşar Vahabzadə kimi, onun da işinə mane olmağa çalışanlara etirazını bildirmişdi: “Ola bilər bu gün Tərlanı istəməsinlər, mən Gəncə futbolu ətrafında baş verənləri açıqlamaq istəmirəm. Bəzi söhbətlər mənimlə qəbrə gedəcək. Bilirəm ki, hansı  çay evində görüşürlər, nələr danışırlar. Bakılı-gəncəli söhbətinin olması heç də yaxşı hal deyil. Yaşar Vahabzadə getdi, sabah mən də gedim, nə dəyişəcək ki? Heç kim hansı problemlər yaşadığımızı bilmir. Heç nə olmayan bir vəziyyətdə komandanı dirçəltmək istəyirik. Təzyiqləri bilirəm. Allahları bilsin, özləri bilsin”. 

Fərəc ASLANOV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31