4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

"Qarabağ" - "Gent" oyunundan əvvəl bir dəqiqəlik sükut

Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Gent" matçı 1 dəqiqəlik sükutla başlayacaq.

Futbolxeber.az saytının məlumatına görə, qurumun belə addım atmasında məqsəd qardaş ölkə Türkiyədə, həmçinin, Suriyada baş verən güclü zəlzələdə həyatını itirənlərin xatirəsinin yad olunmasıdır.

UEFA-nın qərarına əsasən, avrokubokların - Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının bu həftə keçiriləcək bütün oyunlarından əvvəl 1 dəqiqəlik sükut olacaq. Həmçinin, oyunlar zamanı lövhələrdə Türk və Ərəb dillərində "Sizinləyik" mesajı göstəriləcək.

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Gent" oyunu saat 21:45-də başlayacaq. Bu komandalar arasında cavab matçı isə 1 həftə sonra Belçikada olacaq.

Xatırladaq ki, fevralın 6-da qardaş ölkə Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib. Fəlakət nəticəsində 31 min nəfərdən çox şəxs həyatını itirib, 80 min nəfərdən çox insan yaralanıb. Həmçinin, Suriyada da baş verən zəlzələdə də çox sayda insan həlak olub.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31