4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Samir Abasov üçün yubiley

Samir Abasov “Sumqayıt”ı 100-cü dəfə çempionat oyununa çıxarıb.

Futbolxeber.az saytının məlumatına görə. bu yubiley Azərbaycan Premyer Liqasının XXII turuna təsadüf edib.

45 yaşlı mütəxəssis “Şamaxı” ilə ev matçınadək “Gənclik şəhəri” təmsilçisini Premyer Liqada 99 sınağa çıxarmışdı.

O, 2015-ci ilin oktyabrından 2018-ci ilin mayınadək üç mövsüm ərzində 85 çempionat görüşündə “Sumqayıt”ın “sükanı arxası”nda olub. 2022-ci ilin sentyabrında komandaya qayıdan mütəxəssis cari çempionatın 15 qarşılaşmasında iş başında olub.

Abasovun rəhbərliyi altında keçirdiyi 100 oyunda “Sumqayıt” 33 qələbə qazanıb, 26 heç-heçə edib və 41 dəfə uduzub. Bu matçlardakı top fərqi 113-135-dir. Komanda çempionatda aktivinə 125 xal yığıb.

Qeyd edək ki, sumqayıtlılar bu görüşdə 1:0 hesablı qələbə qazanıb (pfl.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31