4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

İlqar Nadiri: “Tez-tez iş adamlarını oyunlarımıza dəvət etsək də...”

“Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri Futbolxeber.az saytına müsahibə verib. 

- Qərb derbisi “Kəpəz”in məğlubiyyəti ilə baça çatdı. Qarşılaşmanı necə dəyərləndirirsiz?

- Qərb derbisinin böyük tarixi var. Gəncə və Tovuz klublarının hər zaman Azərbaycan futbolunda xüsusi yeri olub. Səfərə qələbə üçün gəlmişdik. Komandaların turnir cədvəlində mövqeləri elə də uzaq deyil. Ona görə də bu, 6 xallıq matç idi. Bizim kimi turnir cədvəlinin ikinci 5-liyində qərarlaşan komandalarla oyunlar çox vacibdi. Lakin təəssüf ki, uduzduq. Bu məğlubiyyət bizi heç cür qane etmədi.

- Matçın sonuna yaxın “Kəpəz” azarkeşləri baş məşqçi Tərlan Əhmədovu istefaya səsləyirdilər...

- Nəticə olmayanda azarkeşlərin baş məşqçini də, klub rəhbərliyini də istefaya səsləməsi normaldı. Azarkeş hava şəraitindən asılı olmayaraq, istidə, şaxtada komandasını tək qoymursa, stadionda dəstəkləyirsə, qələbə tələb etmək onun haqqıdı. Ona görə də fanatların etirazını başa düşürəm.

- Siz özünüz klub rəhbəri kimi Tərlan Əhmədovun işinə necə qiymət verirsiz?

- Bugünkü məğlibuiyyətlə bağlı xüsusi bir söz deməzdim. Baş məşqçi də uduzmaq istəməz. Futbolda belə hallar olur. Müdafiədə 2 səhv yol verdik və bu da qapımızda 2 qol görməyimizlə nəticələndi. İlk hissənin son saniyələrində qol buraxmağımız məyusedici oldu. Halbuki rəqib o epizodda hesabı açmasaydı, bəlkə də fasilədən sonra oyunun gedişatı fərqli olacaqdı. Şans “Turan Tovuz”un üzünə güldü.

- Sözlərinizdən belə başa düşdük ki, Tərlan Əhmədov baş məşqçi pstunda qalır.

- Hələ ki Tərlan Əhmədov klubdakı işini davam etdirir. 1 oyuna görə bir söz demək olmaz. Baş məşqçi və futbolçuları “Kəpəz”ə dəvət etmişiksə, deməli, onlara inanırıq.

- “Kəpəz”dən fərqli olaraq, digər Qərb təmsilçisi “Turan Tovuz” artıq yeni sponsorla müqavilə imzaladı...

- Tovuz futbolu üçün çox gözəl hadisədir. Yeni sponsorun cəlb olunması komanda üçün çox vacib məqamdır. Ümid edirəm ki, həmin sponsordan “Kəpəz” üçün də tapılacaq.

- Klubda əsas söz sahibi kimi, siz sponsorun cəlb olunması üçün hansı işlər görürsüz?

- Sponsorların tapılması ilə bağlı həm mən, həm İdarə Heyətimiz əlindən gələni edir. Daim iş adamları ilə görüşlər keçirir, söhbətlər aparırıq. Tez-tez iş adamlarını oyunlarımıza dəvət edirik. Bəzən gəlirlər, oyunlara baxırlar, bəzən isə dərhal maraqlanmadıqlarını deyirlər. Maliyyə dayaqları güclü olmalıdır ki, klub da inkişaf etsin.

- Maliyyədən söz düşmüşkən, ötən tur “Kəpəz” lider “Qarabağ”dan xal aldı. 1:1-lik heç-heçəyə görə komandaya mükafat verildi?

- “Qarabağ”la oyundakı heç-heçəyə görə komandaya mükafat verilmişdi. Həmin görüşdə futbolçular çox yaxşı mübarizə apardılar. Qarşılaşmadan sonra futbolçulara mükafat paylanıldı. Biz həmişə mükafatı növbəti oyuna qədər veririk ki, qoy futbolçuların motivasiya yüksək olsun. Növbəti görüşə komanda daha da yaxşı əhval-ruhiyyədə çıxsın.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31