4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Şahin Diniyev: “Heç kimlə prinsipiallığımız yoxdur”

“Türkiyədə baş vermiş hadisəyə görə həm klub, həm də öz adımdan türk xalqına başsağlığı verirəm. Allahdan ölənlərə rəhmət diləyirəm. Çox böyük acıdır. Boş vaxt tapdıqca Türkiyə kanallarını izləyirəm. Dağıntılar altından hər uşaq çıxanda sevinirəm. Hazırda futbol ikinci plana keçib”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının XXII turunda “Zirə”ni 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

O, komandasının layiqli qələbə qazandığını bildirib: “Hər şey istədiyimiz ssenaridə getdi. "Zirə" bu gün ən yaxşı futbol oynayan üç komandadan biridir. Onlar nə etdiyini bilirlər. Bizə çox çətin idi. Daha əvvəldən də zamana ehtiyacımız olduğunu demişdim. Bu, hələlik başlanğıcdır. Çatışmayan cəhətlərimiz var. Onlar üzərində işləməliyik. Layiqli qələbə qazandıq. Sona qədər mübarizə apardıq. Hər bir futbolçu oyun intizamına əməl etdi. Mübarizə aparanda nəticə gələcək. Bu oyunda xallar bizə lazım idi. Düşdüyümüz yer bizi sıxır. Sakitləşmək olmaz. Ümid edirəm ki, gələcək oyunlarda daha yaxşı olacaq”.

Diniyev növbəti turda qarşılaşacaqları “Səbail”lə oyundan da söz açıb: "Sabah"la matçda fərdi səhvlərdən qollar buraxdıq. İkinci hissədə göstərdiyimiz oyun ümid verdi. Komanda artırmalıdır. Hazırda "Qarabağ", "Sabah" və “Zirə” çempionatın ən yaxşı futbol oynayan komandalarıdır. “Neftçi” hələ pik formasına çatmayıb. Bununla belə, bizi asan oyun gözləmir. Meydana uğurlu nəticə üçün çıxacağıq. Hər oyun bizim üçün final görüşüdür. Rahatlaşmağa, dayanmağa vaxtımız yoxdur”.

Diniyev “Səbail”in “Zirə” üzərində ilk dəfə qələbə qazanmasına belə münasibət bildirib: “Statistikanın əhəmiyyəti yoxdur. Hansı komanda ilə oynasan, qalib gələrkən yekunda 3 xal qazanırsan. Rəşad Sadıqov “Zirə”də yaxşı işlər görür. Bu gün meydanda istədiyini həyata keçirə bilmədilər. Burada futbolçularımın əməyi var. Heç kimlə prinsipiallığımız yoxdu”.

Mütəxəssis rəqibin oyununu yaxşı analiz etdiklərini qeyd edib: “Yaxşı olanda deyirik, yaxşı analiz etmişik. Pis olanda demirik ki, pis analiz etmişdik. Bu gün Rəşad Sadıqovu yox, “Zirə”ni analiz etmişdik. O, komandanın oyun üslubunu verən insandır. Çantakias meydanda böyük işlər görür. Onun olmaması da bizim üçün üstünlükdür. Hamidu Keytanı bağlamaq çox çətin idi, amma bacardıq. Rəhim Sadıqovun topu qəbul etməməsinə çalışırdıq, etdik. Futbol kiçik detallardan ibarətdir. Deməzdim ki, analizi çox yaxşı etdik. Alınmaya da bilərdi. Rəşad yaxşı baş məşqçidir, öz oyun üslubu, futbola baxışı var. Məncə, böyük nəticələri qarşıdadır”.

Diniyevin rəhbərliyi altında “Səbail” keçirdiyi 2 ev oyununda maksimum nəticə göstərib. Çalışdırıcı səfərdə eyni nəticəni göstərə bilməmələrinin səbəbini belə izah edib: “Səfərdə elə də təzyiq altında oynamırıq. Hər oyunda artım var. Çox şeyləri demək istəmirik. Bu gün çox qaçdıq. Oyundan-oyuna da artırırıq. Səfər və ya evdə oynamağımızdan asılı olmayaraq, artırırıq”.

O, “Səbail”in autsayderlər qrupunda yer almasına da toxunub: “Həmin mövqedə ola-ola oyuna çıxmaq çətindir. Transfer etmək də çətindir. Zərgər dəqiqliyi ilə transfer etməliyik. Üç oyunda bir dəfə rəhbərlik deməyib ki, pis oynadız. Onlar hər şeyi anlyayır, bilirlər ki, zamana ehtiyac var. Xallar yaxındır, hər bir oyun sonuncudur. Hələ çox çalışmalıyıq. Bu o demək deyil ki, birdəfəlik sonuncu pillədən çıxdıq. Rəqiblərdən aralanmaq çox çətindir”.

Fərəc ASLANOV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31