9 May 2024, Cümə axşamı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"

Ölkə futbolu

Kombuare: “Ümid edirəm ki, bu, dönüş nöqtəsi olacaq qələbədir”

“Bu, sevincdən daha çox şeydir, böyük qürurdur. Mən oyunçulara müstəsna performanslarına görə təşəkkür etdim. Təslim olmayan bir qrupa sahib olduğum üçün şanslıyam. Azarkeşlərin dəstəyini də vurğulamalıyıq. Çılğın və möhtəşəm fanatlarımız var. Sabah tez işə qayıtmalıyıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Nant"ın baş məşqçisi Antuan Kombuare  Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda evdə "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

“Ümid edirəm ki, bu, dönüş nöqtəsi olacaq qələbədir. Mən futbolda təvazökar və ayıq qalmağı öyrəndim. Biz hələ qara zolaqdan tam çıxmamışıq. Mənim üçün yaxşı nəticə ardıcıl 5-6 oyunda qələbə qazanmaqdır. Artıq 3 belə matçımız var. Deməli, nəsə başlayır, başımızı sudan çıxarırıq. Gələn həftə hər şeyə aydınlıq gələcək. Afinada qələbə qazanmaq, qrupda gərginliyi sona kimi saxlamaq və "Qarabağ"ı 2-ci pillədəki mövqeyindən uzaqlaşdırmaq istəyirik”, - deyə o bildirib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31