9 May 2024, Cümə axşamı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"

Ölkə futbolu

Gənclər Liqasında “Qəbələ” üçün 7 potensial rəqib

Sabah UEFA Gənclər Liqasında Çempionlar yolunun püşkü atılacaq.

Futbolxeber.az saytının məlumatına görə, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə ilk iki mərhələnin cütləri müəyyənləşəcək.

Azərbaycan Gənclər Liqasının çempionu “Qəbələ”nin ilk mərhələdə üz-üzə gələcəyi komanda, həmçinin növbəti raunddakı mümkün rəqibi bəlli olacaq.

Püşk öncəsi komandalar 4 qrupa bölünüb. 3-cü “səkkizlik”də yer alan “Qəbələ”nin U-19 komandasının 7 mümkün rəqibi müəyyənləşib: “Rux” (Ukrayna), MTK (Macarıstan), “Zaqlebiye” (Polşa), “Hayduk” (Xorvatiya), “Trençín” (Slovakiya), “Jalgiris” (Litva), “Yelqava” (Latviya).

Birinci mərhələnin oyunları sentyabrın 14-də və oktyabrın 5-də baş tutacaq. İkinci raund oktyabrın 26-da və noyabrın 2-də keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31